Britaniya HHQ İraq və Suriyadakı əməliyyatların statistikasını paylaşıb

2019/03/SEI_5-1552023317.jpg
Oxunub: 5374     10:47     08 Mart 2019    
Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin İraq və Suriyada həyata keçirilən əməliyyatlarının bu vaxta qədər olan nəticələrini elan edilib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Krallığın Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, 2014-cü ilin sentyabrından cari ilin yanvarına qədər təşkil edilmiş əməliyyatlarda 4315 rəqib hədəf alınıb. Bunların 93%-i, yəni 4013 nəfəri məhv edilib, 302 nəfəri isə yaralanıb.

Ümumilikdə bu hesaba alınanların 75%-i İraqda, 25%-i isə Suriyada zərərsizləşdirilib. HHQ 53 aylıq kampaniya ərzində 1700-dən artıq hava əməliyyatı həyata keçirib.

Kral Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilənlərin 37%-i “Typhoon”, 31%-i “Tornado”, 32%-i isə “Reaper”lərdən hədəf alınıb. Öldürülənlər arasında bir nəfər mülki sakin olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   İraq-Suriya   HHQ  

Britaniya HHQ İraq və Suriyadakı əməliyyatların statistikasını paylaşıb

2019/03/SEI_5-1552023317.jpg
Oxunub: 5375     10:47     08 Mart 2019    