Ermənistan MN-in ölüm faktlarını gizlətdiyi 4 hərbi qulluqçu kimdir? - ƏTRAFLI

2019/03/15046-1551878150.jpg
Oxunub: 1223     20:14     06 Mart 2019    
1 yanvar-20 fevral 2019-cu il tarixləri arasında Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmədə hərbi xidmətlə bağlı olmayan 2 hal səhhəti ilə əlaqədar, 2 hal avtoqəza ilə əlaqədar olmaqla 4 ölüm faktı qeydə alınıb.

Ordu.az sözügedən erməni hərbi qulluqçuların kimliyi barədə ətraflı məlumat verir.

Bu hərbçilər aşağıdakılardır:

1. Q.Q. Çobanyan, müqaviləli xidmət edən çavuş - 01.01.2019-cu ildə İrəvan-Noyemberyan yolunun 141-ci km-də saat 21:30 radələrində avtomobillə qəzaya düşüb və hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb.

2. S.Q. Qevorkyan, gizir – 06.01.2019-cu ildə hipertoniya şoku, ürək xəstəliyi, mədə xorası diaqnozu ilə Ağdərədəki hərbi hospitala daxil olub. Saat 11:50 radələrində hospitalda ölüb.

3. X.S.Qevorkyan, müddətli xidmət hərbi qulluqçusu, əsgər – 13.01.2019-cu ildə saat 22:00 radələrində İrəvan-Meğri yolunun 374-cü km-lik hissəsində idarə etdiyi avtomobillə İran vətəndaşının idarə etdiyi yük avtomobili ilə toqquşub və hadisə yerindəcə ölüb.

4. K.T.Lalayan, polkovnik-leytenant - 24.01.2019-cu ildə saat 23:15 radələrində təcili tibbi yardım avtomobilində onun ölümü qeydə alınıb. Ölüm diaqnozu xərçəng xəstəliyi olub.

Məlumata görə, 1 yanvar-20 fevral 2019-cu il tarixləri arasında Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmədə hərbi xidmətlə bağlı olan 3 hal, hərbi xidmətlə bağlı olmayan 4 hal olmaqla 7 ölüm hadisəsi baş verdiyi halda, 2018-ci ilin eyni dövründə hərbi xidmətlə bağlı olan 6 hal, hərbi xidmətlə bağlı olmayan 5 hal olmaqla 11 ölüm hadisəsi baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Ermənistan MN-in ölüm faktlarını gizlətdiyi 4 hərbi qulluqçu kimdir? - ƏTRAFLI

2019/03/15046-1551878150.jpg
Oxunub: 1224     20:14     06 Mart 2019    