102-ci hərbi bazanın hərbi qulluqçuları erməni güləşçilərə qalib gəldi

2019/03/5-2-1551699044.jpg
Oxunub: 906     15:29     04 Mart 2019    
Ermənistanın Şirak vilayətinin dağlıq Kraşen kəndinin qar örtüklü və meşəli sahəsində xizəksürmə yürüşü üzrə yarış keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yarışa peşəkar xizəkçilər deyil, həvəskarlar cəlb edilib.

Aşotsk yaşayış məntəqəsi ilə yanaşı burada da yarış keçirilməsinin mümkünlüyü vurğulanıb. Yarışa hər birində 5 nəfər olmaqla, 3 komanda cəlb edilib. Yürüş məsafəsi 2 km-dən ibarət olub.

Rus sərhədçilər, 102-ci bazanın hərbi qulluqçusu və Gümrü sakini olan güləşçilər marşurutun çətinliyi və iqlim şəraitinin sərt olmasından bəhs ediblər. Ermənilərdən ibarət komandanın üzvləri idmançılar olsa da, xizəksürmə qabiliyyətlərinin olmaması marşurutu başa vurmaqlarına imkan verməyib.

Xizək yürüşündə birinci yeri rus sərhədçilər, ikinci yerə 102-ci hərbi bazanın hərbi qulluqçuları və sonuncu yeri erməni güləşçilərdən ibarət komanda tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 102-baza   Yarış  

102-ci hərbi bazanın hərbi qulluqçuları erməni güləşçilərə qalib gəldi

2019/03/5-2-1551699044.jpg
Oxunub: 907     15:29     04 Mart 2019    