Donbasda separatçıların PUA-sı vurulub

2019/03/630_3-1551698427.jpg
Oxunub: 995     15:54     04 Mart 2019    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçılar sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini 100-ə qədər minaatandan hədəf alıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, separatçılar 120 və 82 mm-lik minaatanlardan, iriçaplı pulemyotlardan, avtomat qumbaraatanlardan və piyadanın döyüş maşını üzərinə quraşdırılmış silahlardan hücumlar həyata keçiriblər.

Ordunun bu hücumlara cavab tədbirləri görməsi nəticəsində 2 separatçı məhv edilib, 1-i isə yaralanıb. Eyni zamanda separatçılara məxsus bir ədəd “Orlan-10” PUA-sının da vurulduğu bildirilir. Ukrayna tərəfindən isə bir əsgər yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Donbas   Ukrayna   PUA  

Donbasda separatçıların PUA-sı vurulub

2019/03/630_3-1551698427.jpg
Oxunub: 996     15:54     04 Mart 2019    