Ermənistan MN avtomatların öz balansında olmasını təkzib edib

2019/03/Marti-1551696194.jpg
Oxunub: 937     14:33     04 Mart 2019    
Ermənistan Müdafiə Nazirliyindən ilkin araşırma orqanını maraqlandıran avtomatların MN-in balansında olmasını təkzib ediblər.

Ordu.az “Pastinfo”ya istinadən xəbər verir ki, yayılan bəyanatlara baxmayaraq Xüsusi İstintaq komitəsi 10 nəfər həlak olanların ölüm məqamlarını və bunun ordu ilə bağlantısını sübut etməyə nail ola bilməyib.

Paronyan küçəsindəki bir şəxsin neçə illər sonra, “1 mart” hadisələrində hərbçilərin atdığını deyərək, topladığı boş gilizləri istintaqa təqdim etsə də, onların havaya atəş etdiyində təkid edib. Bu ifadə “1 mart” hadisəsini araşdıran müstəntiqləri çıxılmaz vəziyyətə salıb.

Müxtəlif dindirmələrə baxmayaraq, şahid öz dediyini təkrarlamaqda davam edib. O, bildirib ki, hərbçilər nümayişçilərə doğru atəş açmayıb. Şahidin sözlərinə görə, əgər nümayişçilərə atəş açılmış olsaydı, o zaman ilk növbədə ön sırada olan polislər xəsarət alardı.

Bundan başqa istintaq komitəsini Ermənistan MN-ə etdiyi yazılı müraciətə verilən cavab da narahat edib. Əldə edilən məlumatlara əsasən, MN-dən xüsusi istintaq komitəsinə verilən cavaba görə istintaqı maraqlandıran, qeyd edilən markalı avtomatlar MN-in balansında ümumiyyətlə yoxdur.

İflası yayındırmağa görə, ilkin araşdırma orqanı hərbçilərdən şayiələr əsasında ifadə almağa cəhd edir. Yəni tələb edilir ki, onlara məlum olan hadisələr barədə yox, eşitdikləri barədə ifadə versinlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   1-Mart  

Ermənistan MN avtomatların öz balansında olmasını təkzib edib

2019/03/Marti-1551696194.jpg
Oxunub: 938     14:33     04 Mart 2019    