“KTMT-də oyun qaydalarının müəyyənləşdirilməsi üzrə danışıqlar gedir” – Köçəryan

2019/02/45645-1551254240.jpg
Oxunub: 1389     11:55     27 Fevral 2019    
“Ermənistanda baş verən “məxməri inqilab” KTMT və AİƏT üzvü olan ölkələrə ögey olan hadisədir”.

Ordu.az xəbər verir ki, bu barədə təxribatçı açıqlamanı Tert.am saytına verdiyi müsahibədə Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan, erməni-rus münasibətlərində etimad çatışmazlığı barədə deyilənləri şərh edərkən bildirib.

Şavarş Köçəryan bildirib ki, Ermənistanda baş verənlər bu ölkələr üçün ögey haldır.

“Müxtəlif ölkələrlə münasibəti qurarkən, həmin ölkələrin daxili proseslərini ikinci dərəcəli hesab edirik. Gürcüstanda, Rusiyada, İranda hansı hakimiyyətin olmasından asılı olmayaraq, bu ölkələrlə də yaxşı münasibət saxlamalıyıq. Bu ölkələrin Ermənistanda baş verənlərə sakit yanaşacağını düşünmək sadəlöhvlük olardı. Sistem dəyişdiyinə görə, onların yeni sistemə uyğunlaşmasına vaxt lazmdır. Əvvəl həmin ölkələr prezidentlə otururdu, indi isə Baş nazirdir. Müxtəlif problemlər var. Uyğunlaşma tələb edən müxtəlif vəziyyət var”, - deyə Köçəryan bildirib.

Ermənistan Xarici İşlər nazirinin müavini KTMT haqqında danışarkən qeyd edib ki, Ermənistan gələcəkdə bu kimi hallar yarandığı təqdirdə qüvvədə olacaq, təşkilatın Baş katibinin təyinatı və geri çağırılması məsələsində dəqiq qayda olmasını istəyir. KTMT sənədlərində hər hansı şəkildə Baş katibin öz vəzifə borclarını yerinə yetirə bilmədiyi halda dəqiq bir qayda müəyyən edilməyib və hazırda müddəa elə yazılıb ki, istənilən formada şərh etmək olar.

“Hazırda mövcud maddəyə əsasən Baş katib 3 il müddətinə təyin edilir. Lakin qeyd edilmir ki, Baş katiblik 3 il müddətinə hər hansı ölkəyə verilir. Köçəryan qeyd edib ki, Ermənistan tərəfi qeyd edilən öz nümayəndəsinin səlahiyyətlərini icra edə bilmədiyinə görə, digər bir nümayəndəsinin həmin vəzifəni icra etməsini istəyir. Onlar isə səlahiyyət müddətinin şəxsə verildiyini bildirirlər”, - deyə o Ermənistanın təxribatçı mövqeyinə haqq qazandırmağa çalışıb.

Əsasını təşkil edən bu mövzu ətrafında hazırda KTMT-də ağır müzakirələr aparılır. Köçəryan bu məsələnin heç zaman Ermənistan və Belarus arasında bir mübahisə mövzusu olduğunu demədiklərini və hamı razı olmadan bu və ya digər namizədlə bağlı irəliləyiş əldə edilə bilməyəcəyini qeyd edib.

“Ermənistan öz namizədinin bu vəzifəni davam etdirməsində maraqlıdır, lakin oyunun ümumi qaydalarının olmasının da tərəfdarıdır. Yuri Xaçaturovun geri çağırılması KTMT-nin maraqlarından da irəli gəlirdi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Ermənistan   Belarus  

“KTMT-də oyun qaydalarının müəyyənləşdirilməsi üzrə danışıqlar gedir” – Köçəryan

2019/02/45645-1551254240.jpg
Oxunub: 1390     11:55     27 Fevral 2019    