Soyqırımdan sonra əsir düşən Mesxeti türkü: “3 günlük körpə uşağımı əlimdən alıb, yerə çırpdılar” - MÜSAHİBƏ (FOTOLAR)

2019/02/vikto-9306557082.jpg
Oxunub: 6385     14:45     26 Fevral 2019    
Əsrin faciəsi sayılan Xocalı soyqırımından 27 il ötür. Bu illər ərzində baş verən faciə barəsində kifayət qədər yazılsa da, hələ də soyqırım qurbanlarının yaşadığı o dəhşətli anların acıları səngimir.

Ordu.az-ın budəfəki müsahibi Xocalıda 4 uşağı ilə 10 günlük girovluq həyatı yaşayan Mesxeti türkü Mehriban Bəkirovadır.

Bəkirova Mehriban Ramiz qızı 1962-ci ildə Beyləqan rayon Türklər kəndində anadan olub. Onun valideynləri 1942-ci ildə Azərbaycana köç edib. 1988-ci ildə Özbəkistanın Fərqanə şəhərində baş verən hadisələrdən sonra Azərbaycana pənah gətirən 1965-ci il təvəllüdlü Həmzəyev Abdulla Köçəri oğlu ilə ailə həyatı qurur. Həyat yoldaşı Abdulla Həmzəyev Azərbaycanda məskunlaşdıqdan sonra polis sıralarına daxil olur və Xocalı aeroportunda çalışmağa başlayır.

Mehriban xanım deyir ki, o dəhşətli gecənin stresini hələ də yaşayır və ömrünün sonuna kimi də yaşayacaq. Çünki dəhşətli gecədə 3 günlük körpəsi və 3 yaşlı oğluna verilən işgəncələri heç zaman unutmayacaq.

- Mehriban xanım nə qədər acılı olsa da, o həqiqətləri sizə bir daha xəyalən yaşatmağa məcburuq.

- Əlbəttə, başa düşürəm, bu lazımdır. Bir daha kimlərinsə bu dəhşəti yaşamaması üçün bunlar yazılmalı, deyilməlidir.

- O gecə baş verənləri necə xatırlayırsınız?

- 1992-ci il fevralın 23-də Günay adlı qızım dünyaya gəlib. Ayın 25-də gecə uşağı beşiyə qoyub, yelləyirdim, birdən atışma başladı. Düzü, əvvəlki günlərdə olduğu kimi bir neçə dəqiqədən sonra, sakitləşəcəyini düşündüm, amma atışma getdikcə şiddətləndi və atılan mərmi partlayışlarının sayı çoxalmağa başladı. Yoldaşım aeroportda növbədə idi. Şiddətli atışma, mərmilərin partlaması zamanı baş verən silkələnmədən nə edəcəyimi bilmirdim. Uşaqları da götürüb qonşularla birgə sığınağa girdik. O yeri əvvəllər hazırlamışdılar ki, ermənilər top, qrad atanda partlayışlar zamanı insanlar orda gizlənsin. Sığınacaqda xeyli qadın, uşaq, bir neçə nəfər də yaşlı kişi varıydı. Artıq gecənin bir vaxtı tankların səsinin yaxından gəldiyini hiss etdik. Bir neçə uşaq ağlamağa başladı, qadınlardan biri uşağının ağzını tutudu ki, səs eləməsin. Yazıq uşaq anasının əlini ağzından kənar eləmək istəyirdi ki, boğulmasın. Ermənilər əvvəlcədən sığındığımız yeri bildikləri üçün, onun yanında dayandılar. Sığınacağın qapısını açdılar. Biz içəri kiminsə girəcəyini gözlədiyimiz anda birdən içəridə güclü partlayış baş verdi. Yanımızda yaşlı iki kişi vardı, onlar da 1988-ci ildə Fərqanədən gələn Mesxeti türkü idilər. Partlayışdan sonra...

Əlində olan yaylığı gözünə sıxaraq axan gözyaşını silir. Mehriban xanım danışmağa başladığı andan dediyi sözləri yalnız gözyaşları içərisində nəql edirdi. Bir neçə dəfə hıçqıraraq sözünə qısa ara versə də, bu dəfəki fasilə bir neçə dəqiqə davam edir. Hansı vaxt sözə başlayacağını dəqiq bilmədiyim üçün, səs yazısını dayandırmaq istəmirdim. O, qarşısında olan çaydan bir qurtum alıb yenidən sözünə davam elədi.

- Həmin qoca kişilər bir qadının ağ yaylığını götürərək qapıya tərəf getdilər. İstəyirdilər rus dilində desinlər ki, burada olan qadınlar, uşaqlardı, atmayın. Yazıqlar, qapının ağzına çatan kimi, ikisini də güllələdilər. Onlara neçə güllə vurdularsa, güllələr kişinin birinin bədənini ikiyə bölüb yerə atdı.

- İçəri qranat atıldığını dediniz, onda neçə nəfər dünyasını dəyişdi?

- Ölən yox, yaralanalar oldu, onlardan biri də mənim 3 yaşlı oğlum Sərxan idi. Ermənilər kişiləri güllələyəndən sonra içəri bir neçə silahlı girib bizi döyə-döyə çölə çıxarmağa başladı. Bizim bəzimizi qolumuzdan, bəzimizi saçımızdan tutub, sürüyə-sürüyə çölə çıxardılar. Sığınacaqda mən və 4 uşağım vardı, uşaqların ən böyüyü 4 yaşında idi. Onda mənim Günay adında 3 günlük körpə uşağım da vardı, onu əlimdən alıb, yerə çırpdılar. Mən yüyürdüm uşağı götürəndə bir də əlimdən alıb, sığınacaqdan çölə atdı. Özümü uşağın dalınca çölə atanda kürəyimdən təpiklə vurdular. Üzü üstə yerə yıxıldım. Durub uşağa tərəf qaçanda bu dəfə başıma avtomatın arxasıyla vurdular. Mən uşağa çatıb, onu götürəndə isə biri təpiklə bələkdə olan uşağı vurdu.

Səsi titrəyən Mehriban xanım bu sözləri pıçıltıyla deyir: 3 günlük bir körpəyə bu cür davranmaq sizcə, insanlığa sığarmı?

- Sonra necə oldu, sizi hara apardılar?

- Bizi çölə çıxaranda gördüm ki, 3 yaşlı oğlumun bədənində 4 yerdə yara izi var. Sən demə içəri qranat atanda onun qəlpələrindən 4-ü oğlum Sərxana dəyib. Mən bunu çölə çıxanda gördüm. Allah saxladı, ölmədi. Mən yaylığımı çıxarıb uşağın yarasını sarımaq istəyirdim, uşaq qan itirməkdən halsızlaşırdı. Birdən sinəmdə bir zərbə hiss etdim. Erməni məni təpiklə vurub, o birisinə nəsə dedi. O da qaça-qaça gedib, əlində bir kisə duz gətirdi. Onu uşağın yarasına tökürdülər. Mən mane olmağa çalışanda döyüb kənara sürüdülər. Bizi ordan bir maşına yığıb, Xankəndinə apardılar, kişili, qadınlı, uşaqlı 67 nəfər idik. Bizi qaranlıq bir zirzəmiyə saldılar. Bir azdan məni bir erməni gəlib saçımdan tutub üzümə təpiklə vurub dedi ki, səni tanıyıram ərin polisdir. Onun yerini de, səni və uşaqlarını buraxaq get. Mən onda dedim ki, bilmirəm kimi soruşursunuz, ərim polis deyil. Onlar onda məni və uşaqlarımı təhqir edə-edə döyməyə başladılar. Bu vaxt bir sarı qadın varıydı, o gəlib onlara nə dedisə, onlar məndən əl çəkdilər.

- Neçə gün girovluqda qaldınız?

- 10 gün. Bu günlər ərzində hər gün bir neçə dəfə gəlib bizə deyirdilər ki, aclığınız varmı, su istəyirsinizmi. Düzü ilk günlər buna reaksiya vermirdik. Amma kimin uşağı varı idisə, uşağa görə su istəməli olurdu. Suyu gətirib, dedilər ki, suyu almağa uşaqlar gəlsin. Susuz uşaq irəli gedəndə təpiklə necə vururdularsa, uşaq top kimi, bir neçə metr geri düşürdü. Artıq onların bu cür davranışlarına öyrənən uşaqlar belə onların səmimiliyinə inanmırdılar. Hətta onlar bizi dəyişdirmək üçün, aparanda belə inanmadıq.

Martın 5-i idi, bizi çıxardılar, məni döydükləri vaxt onlara yaxınlaşan qadını gördüm. O mənə çəkmə, corab, uşağa isti su verib, dedi ki, sən ancaq indi Azərbaycana gedə bilərsən. Yoldaşını isə gözləmə, sənin ailəni öldürüblər. Düzü hələ də inanmırdım yoldaşımın ölümünə, çünki, onlara yoldaşımın polis olduğun deməmişdim. Həmin xanım mənə dedi ki, bunlar sizin barənizdə hər şeyi bilirlər. Bizi ordan gətirib Əsgəranda dəyişdirdilər, sonra Ağdamda xəstəxanaya yerləşdirildik. Həkimlər özümü, uşaqları müayinə edəndən sonra müalicə elədilər. Oğlumun bədənində 4 yerdə qəlpə yarası varıydı. Onun yaralarından qəlpələrin bəzisini çıxardılar, bircə dizində olan qaldı. Biz xəstəxanada olan vaxt mənə dedilər ki, sizi axtarırlar, onda gördüm ki, qayınatamgil gəlib. Onlar bizi çıxarıb Beyləqana ata evimizə apardılar.

- Az öncə dediniz ki, yoldaşınızın şəhid olmasına inanmamışdınız. Bəs necə oldu bildiniz ki, o, artıq şəhid olub?

- Yolda yoldaşımı soruşdum, dedilər ki, o, evdədir, amma yaralıdır. Evə çatanda bildim ki, onun ölüm xəbəri düz imiş. Yoldaşımın meyidin fevralın 28-də alıb, martın 1-də dəfn etmişdilər.

Mehriban xanım deyir ki, onun hələ 3 günlük olduğu zaman ermənilərin rəhimsiz davranışlarına tuş gələn qızı Günayda bu işgəncələrin nəticəsində aldığı travmaların acısı 10 yaşında büruzə verib. Bundan sonra aparılan müalicələrə baxmayaraq, o, 15 yaşında dünyasını dəyişir. 3 yaşından etibarən bədənində 4 qəlpə yarası gəzdirən Sərxan Həmzəyev isə öz xatirələrini belə bölüşüb:

- Baş verən hadisələr yadımda deyil. Amma bədənimdə və ailəmdə erməni vəhşiliyinin nişanəsini daşıyıram. Bütünlükdə həyatıma zərbə vuran bu nankor düşməni bu gün körpə övladlarıma belə tanıtmaq mənim bir oğul, bir qardaş, bir ata, ən əsası isə vətəndaşlıq borcumdur. Qoy övladlarım düşməninin kim olduğunu bilsin.

Mehriban xanım və onun ailəsi girovluqda olduğu zaman ermənilərin döyməsinə mane olan və dəyişdirildiyi vaxtı onlara su və geyim verən isə rusiyalı repartyor Viktoriya İvleva olub. O, bir neçə ildən sonra Beynəlxalq təşkilatların xəttilə Mehriban xanımı tapıb və onun ailəsinin qonağı olub.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Xocalı-soyqırımı   Mesxeti-türkü  

Soyqırımdan sonra əsir düşən Mesxeti türkü: “3 günlük körpə uşağımı əlimdən alıb, yerə çırpdılar” - MÜSAHİBƏ (FOTOLAR)

2019/02/vikto-9306557082.jpg
Oxunub: 6386     14:45     26 Fevral 2019    