Ermənistan XİN-dən jurnalistə sifariş: “Referendumun keçirilməsinə qarşı olmalıyıq”

2019/02/erm43-1551085926.jpg
Oxunub: 1066     14:11     25 Fevral 2019    
“ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, səfir Riçard Hoqlandın müsahibəsindəki fikirləri danışıqlardakı vəziyyət və ondan irəli gələn erməni tərəfinin hərəkətlərinə dair bəzi müşahidələrə qapını açır”.

Ordu.az xəbər verir ki, bu barədə “Azdak” qəzetinin baş rekatoru Şahan Qantaharyan yazdığı məqaləsində bildirib.

Qantaharyan, məqaləsində Hoqlandın fikirlərini təhrif etməklə yanaşı, Rusiyanın münaqişənin həllində maraqlı olmadığını, hətta referendumun keçirilməsinin lazımsız olduğunu iddia edib.

“Hoqland deyir ki, bu gün masa üzərində olan Lavrov layihəsinə dair hər hansı tərəf öz razılığını verməyib. Buna görə də, cəbhədə hadisələrin baş verməsinin kəskin azalmasının əksinə olaraq, münaqişənin həllində əsaslı dönüş anı gözləməyə dəyməz.

Onun fikrincə, Lavrov layihəsi əsasən “Madrid prinsipləri” üzərində qurulan sənədddir. Əsas fərq Dağlıq Qarabağda olan erməni əhali və Bakı və ətraf rayonlarda məskunlaşan qaçqınların cəlb edilməsi ilə keçirilməli olan referendumun təklif edilməsindədir. Tərəflər istəyir ki, sənəddə referendumun dəqiq əksini tapan təyin edilmiş vaxtı göstərilsin.

Bu Hoqlandın təsvir etdiyi hissəsidir. Şərhlər əsasən Rusiyaya və təqdim edilən sual formatına aiddir. Doğrudanmı, Moskva öz təsirinin azalmasında status-kvonun rolunu nəzərə alaraq dəyişdirilməsinə razı olacaq? Burada ortaya çıxan düşüncələri birləşdirməyə çalışdığımız zaman, görürük ki, Moskvanın həm münaqişənin həlli layihəsi təklif etdiyini, həm də status-kvonu qorumağa çalışdığını söyləmək olar. Status-kvonun qorunması üçün isə münaqişənin hər iki tərəfindən qəbul edilməyən müddətsiz referendum prinsipini tətbiq edir.

Bu yanaşmanın məntiqi davamı kimi yeni bir referendum təşkil edilməsinin mənasız olduğuna gətirib çıxarmalıdır. Erməni tərəfinin narazılığı referendumun vaxtının qeyri-müəyyən olmasına qarşı yox, ümumiyyətlə, referendum keçirilməsinə qarşı olmalıdır. Çünki referendum konsepsiyası artıq müvəqqəti statusdan xəbər verir. Hoqlandın erməni tərəfinə Qarabağ məsələsinə addım-addım yanaşma təklifi, bəlkə də məsələni mərhələli nizamlanması versiyası təklifi kimi qəbul etməli ola bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Qantaharyanın sözləri, özündə jurnalistik yanaşmadan daha çox, dolayı yolla Ermənistan diplomatik dairələrinin deyə bilmədiyi fikirləri ehtiva edir və referendumun lazımsız olmasını qeyd etməklə, ölkəsinin konstruktiv mövqeyə sahib olmadığını, işğal faktorunun aradan qaldırılmayacağını etiraf edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistan XİN-dən jurnalistə sifariş: “Referendumun keçirilməsinə qarşı olmalıyıq”

2019/02/erm43-1551085926.jpg
Oxunub: 1067     14:11     25 Fevral 2019    