Ermənistan Hərbi prokurorundan cinayət və korrupsiya faktlarına dair ETİRAFLAR

2019/02/34534-3102168452.jpg
Oxunub: 2035     12:36     25 Fevral 2019    
“2018-ci ildə 182 korrupsiya faktı qeydə alınıb ki, bu da 2017-ci il üzrə müqayisədə 56.9% daha artıqdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan erməni mətbuatına müsahibəsində deyib.

Erməni hərbi prokuror orduda baş verən qətl, intihar həddinə çatdırma ilə bağlı çinayət işlərindən danışarkən qeyd edib ki, hesabat dövründə Ermənistan silahlı qüvvələrində qeydə alınan qətl hadisəsindən 4, qətl törətməyə cəhd etməkdə 1 cinayət işi məhkəməyə göndərilib, 3 qətl hadisəsinin isə intihar həddinə çatdırma kimi dəyərləndirilib və bu cinayət işləri hazırda məhkəmə araşdırması mərhələsindədir. 2017-ci ildə isə məhəkəməyə göndərilən 3 qətl hadisəsinin məhkəmə araşdırması başa çatıb və iş üzrə hökm elan edilib.

Ermənistanın hərbi prokuroru ölümlə nəticələnən keçmiş cinayət işlərinin gizlədilməsi faktlarının olmasını etiraf edib. O, bu halların həm subyektiv, həm də obyektiv səbəblərinin olduğunu izah edərək bildirib ki, əsasən cinayət işi ilə bağlı müəyyən məqamların üstü açılmadıqda və ya günahkar şəxslər müəyyən edilmədikdə bu hallar yaranır.

“Hazırda illər öncə ilkin araşdırmanı aparan orqanların səhvi ucbatından baş verənlərin tam təfsilatını açmaq ya çətin, yaxud mümkün olmur. Bu isə illər öncə baş verməsindən asılı olmayaraq, valideynlərin narazılığına səbəb olur”, - deyə o əlavə edib.

Harutyunyan, 2018-ci ildə 182 korrupsiya faktının qeydə alındığı, bununla da 2017-ci il üzrə müqayisədə 56.9% daha artıq olduğu qeyd edilib. Hərbi prokuror bildirib ki, qeyd edilən materiallar üzrə 9 halda ədalətli əsası olmadan cinayət işinin açılması haqqında qərar rədd edilib. 173 hal üzrə cinayət işi açılıb, bununla da 86 nəfərlə bağlı 43 cinayət işi ittiham rəyi ilə məhkəmələrə göndərilib.

2018-ci ildə istintaq orqanların icraatında araşdırılması aparılan, yekunlaşdırılan korrupsiya xarakterli cinayətlərlə bağlı açılan cinayət işləri və hazırlanan materiallar əsasında 422.236.614 dram həcmində ziyan dəydiyi faktlarla sübut edilib. Onun fikrincə, 2018-ci ildə orduda ifşa edilən ən böyük korrupsiya işi kimi, 3 vəzifəli şəxsin iştirakı ilə rəsmi sənədlərin saxtalaşdırılması yolu dövlətə dəyən 45 milyon dram həcmində cinayət işini hesab etmək olar.

O, həmçinin sənədlərin saxtalaşdırılmsı yolu ilə müddətli həqiqi hərbi xidmətdən yayınma faktının da ən böyük korrupsiya siyahısına daxil edilə biləcəyini qeyd edib və bu iş üzrə 14 nəfərə qarşı ittiham irəli sürüldüyünü diqqətə çatdırıb.

2018-ci il ərzində korrupsiya xarakterli cinayət hallarına qarşı 68 cinayət işi açılıb. Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan, son zamanlar Müdafiə Nazirliyinin əməkdaşlarının da adlarının hallandığı, hərbi xidmətdən yayınmağa görə, rüşvət-korrupsiya xarakterli cinayət hallarının artdığını etiraf edib.

Onun sözlərinə görə, Ermənistanın hərbi prokurorluğunun mərkəzi dövlət maraqlarının qorunması şöbəsi tərəfindən 394 araşdırılma aparılıb. Bu araşdırmalar Ermənistan silahlı qüvvələrinin bütün sahələrini, o cümlədən, arxa cəbhə, mühəndis təminatı, silah, rabitə, əsaslı tikinti, hərbi tibbi və digər sahələri əhatə edib. Həyata keçirilən 394 araşdırma nəticəsində 292 qanun pozuntusu müəyyən edilib.

2018-ci ildə qeyd edilən qurum tərəfindən aparılan yoxlamalar nəticəsində Ermənistan dövlət büdcəsinə 2․069.661.309 dram həcmində ziyan dəydiyi müəyyən olunub, eyni zamanda 133 material hazırlanıb, 58 cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Cinayət  

Ermənistan Hərbi prokurorundan cinayət və korrupsiya faktlarına dair ETİRAFLAR

2019/02/34534-3102168452.jpg
Oxunub: 2036     12:36     25 Fevral 2019    