Ölən erməni əsgərin işində yenilik yoxdur: “Artıq ümidim kəsilib”

2019/02/34534-1551083107.jpg
Oxunub: 1511     16:22     25 Fevral 2019    
Yanvarın 1-də odlu silah yarasından ölən müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın cinayət işi üzrə hələ də heç bir yenilik yoxdur.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, verdiyi müsahibəsində ölən hərbi qulluqçunun anası Alina Sarkisyan müəyyən vaxtadək yenilik olmadığı halda Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edəcəyini bildirib.

Anası qeyd edir ki, hələlik heç bir şey yoxdur və məsələnin bu qədər uzanma səbəbini də anlamır. O, artıq nəsə bir şeyin dəyişəcəyinə ümidinin kəsildiyini, 9 nəfərdən heç birinin bir şey söyləmədiyini və nə vaxtadək gözləməli olduğunu Paşinyana sual edəcəyini qeyd edir.

“Artıq 2 ay keçib, heç bir məlumat yoxdur, belə şey olar? Müəyyən vaxt keçdikdən sonra Paşinyana müraciət edəcəm. Niyə hamı susur? Bu, onlar üçün əlverişli deyil, ona görə belə susurlar. Bir otaqda baş verənləri bu insanlar, bu 9 nəfər necə görməyə bilərlər?”, - deyə Edqar Qriqoryanın anası sual edir.

Onun sözlərinə görə, müstəntiqlə görüşdə ona gözləməsi məsləhət görülsə də, hələlik ekspertizanın nəticələrini almaq mümkün olmayıb.

Xatırladaq ki, yeni il gecəsi odlu silah yarasından Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan ölüb. Lakin ölüm faktı barədə Ermənistan MN və istintaq komitəsi heç bir məlumat yaymayıb. Ermənistan Müdafiə naziri Davit Tonoyan isə etiraf edib ki, MN faktı ört-basdır etməyə hazırlaşmasa da buna diqqət ayırmayıb.

“İndi kiçik xidməti araşdırma aparılır. Araşdırma nəticəsində hadisənin nə ilə əlaqədar baş verdiyi müəyyən ediləcək. Ona görə ki, hadisənin xidmətlə əlaqəsi olmadığına görə, biz bu məsələyə böyük diqqət ayırmamışıq”, - deyə Tonoyan əlavə edib.

Məlumata görə Ermənistan İstintaq Komitəsi intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Edqar Qriqoryan 5 aylıq müqaviləli hərbi qulluqçu olub, ailənin tək oğlan övladı olmaqla, 3 azyaşlı uşağı qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Ölən erməni əsgərin işində yenilik yoxdur: “Artıq ümidim kəsilib”

2019/02/34534-1551083107.jpg
Oxunub: 1512     16:22     25 Fevral 2019    