Ağcabədidə şəhid Milli Qəhrəman şəhadətinin 26-cı ilində anılıb - FOTOLAR

2019/02/52151-6200932896.jpg
Oxunub: 1614     16:16     15 Fevral 2019    
Ağcabədi rayon Avşar kənd sakini Namiq Abdullayevin anım günü doğulduğu Avşar kəndində onun adını daşıyan məktəbdə qeyd edilib.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin anım gününə ərazidə yerləşən hərbi hissənin şəxsi heyəti də cəlb edilib. Hərbçilərimiz ilk olaraq Avşar kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüblər. Şəhidin ruhu qaşısında anım duruşu nümayiş etdirilib. Daha sonra tədbir şəhidin adını daşıyan Avşar kənd 2 saylı tam orta məktəbin həyətində olan büstünün qaşısında keçirilib.

Çıxış edənlər bildiriblər ki, şəhidlərimizin keçdiyi döyüş yolu, yetişməkdə olan gəncliyimizin vətənpərvər ruhda tərbiyə almasına örnəkdir.

Şəhidin qardaşı İqbal Abdullayev qardaşının hərbiyə yazılma tarixini danışıb. Onun vətənə olan sevgisini dilə gətirib:

- Hərbi xidmət yaşı çatanda o, Ağcabədi rayon hərbi komissarlığına müraciət edib. Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək istədiyini bildirib. Könüllü ordu sıralarına yazılan qardaşım 1993-cü ildə erməni faşistlərinin Nərgiztəpə istiqamətində erməni hücumunu dəf edərkən şəhid olub.

Milli qəhrəmanın döyüş yoldaşı Tufan Kazımov Namiq Abdullayevin şəhid olduğu döyüşü belə xatırlayır:

- Erməni qəsbkarlarının hücumu zamanı o, döyüşlərdə böyük xidmət göstərdi. Özündən əlavə dostlarını da müdafiə elədi. Düşmən tankının üstünə yeriyərək, qumbaranı atdı, tankı partlatdı. Bir neçə adamın xilas olmasına səbəb oldu.

Qeyd edək ki, Namiq Vahid oğlu Abdullayev 1974-cü ildə Ağcabədi rayon Avşar kəndində anadan olub. Ailədə 5-ci övlad olan Namiq, rayonda yaradılan ərazi özünümüdafiə batalyonuna yazılır. O, Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirakı ilə seçilib.

Onun adının əbədiləşdirilməsi üçün bir vaxtlar təhsil aldığı Avşar kənd orta məktəbinə qəhrəmanımızın adı verilib. Şəhadətinin 26-cı ilində onun anım gününə ərazidə yerləşən hərbi hissənin şəxsi heyəti, kənd sakinləri, şəhidin döyüş yoldaşları toplaşıblar.

Xatırladaq ki, Namiq Abdullayevə ölümündən sonra, 1994-cü il sentyabrın 16-da mərhum prezident Heydər Əliyevin 202 saylı fərmanıyla Azərbaycanın milli qəhrəmanı fəxri adı verilib.

Daşqın Güneyli, Ağcabədi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ağcabədi   Milli-Qəhrəman  

Ağcabədidə şəhid Milli Qəhrəman şəhadətinin 26-cı ilində anılıb - FOTOLAR

2019/02/52151-6200932896.jpg
Oxunub: 1615     16:16     15 Fevral 2019    