Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (I Yazı)

2019/02/2d6b7-1550216666.jpg
Oxunub: 2642     11:25     15 Fevral 2019    
SSRİ dağılanda hərbi sənaye müəssisələrinin 3/4 hissəsi Rusiya Federasiyasının ərazisində, qalan 15%-i isə Ukraynanın ərazisində qaldı. SSRİ-nin qalan 13 keçmiş respublikasının payına cəmi 10% hərbi sənaye müəssisəsi düşürdü. Bunlardan Azərbaycanın payına təxminən 20 müəssisə, Ermənistan və Gürcüstanın payına isə hərəsinə təxminən 30 müəssisə düşürdü.

1978-ci ildə baş verən İran İslam İnqilabından sonra, Ermənistan və Gürcüstanın ərazisi Sovet Ordusunun Zaqafqaziya hərbi dairəsinin döyüş səflərinin düzülüşünə rəğmən ön cəbhəyə daha yaxın yerləşdiyindən, onların ərazisində müxtəlif cəbhə təmir-bərpa müəssisələri də çoxluq təşkil edirdi. Artıq hərbi dairənin ehtimal olunan ön cəbhəsi SSRİ-Türkiyə sərhəddi sayılırdı. Bu baxımdan, Qarabağ müharibəsi zamanı Ermənistan ərazisində yerləşən müəssisələrin zirehli texnikanı təmir və bərpa etmək imkanları daha çox idi. Gürcüstan ərazisində cəbhə hücum-bombardmançı təyyarələri Su-25 və SSRi-nin ən kütləvi istehsalı olmuş çoxfunksiyalı Mi-8 helikopterlərini bərpa, təmir və hətta istehsal qabiliyyətinə malik müəssisələrinin yerləşdirilməsini də Sovet Baş Qərərgahının bu məntiqi rəhbər tutması ilə izah etmək olar. Çünki NATO hərbi bloku ilə Türkiyə ərazisində müharibə olarsa, yaranmış döyüş teatrının çətin dağlıq şəraitini nəzərə alaraq, sovet qərərgahı öz hərbi planlaşmasında helikopterlərin və hücum təyyarələrinin kütləvi tətbiqinə üstünlük verəcəkdi. Bu da yüksək saylı texniki və döyüş qəzalarına gətirib çıxaracaqdı ki, onları operativ aradan qaldırmaq üçün qəzaya uğramış texnikanın nəqliyyat-təxliyyə problemlərini nəzərə alaraq, cəbhə xəttinə nisbətən yaxın müəssisələr təşkil etmək lazım idi.

Sovet hərbi planlaşdırılması mülki proqramlaşdırma ilə uzlaşdırıldığından, hərbi müəssisələrin yerləşdirilməsi tək hərbi ehtiyaclardan doğmurdu. Sovet rəhbərliyinin iqtisadi və siyasi maraqları da belə məsələlərdə nəzərə alınırdı. Bu səbəbdən Sovet rəhbərliyinin subyektiv və volyuntarist iradəsinə rəğmən Ermənistan ərazisində Baş Qərərgahın operativ-strateji ehtiyacları üçün vacib olmayan, lakin böyük əmək qyvvəsi və yüksək faizli əlavə dəyər gətirən hərbi müəssisələr də açıldı. Bu müəssisələr haqqında qısa şəkildə də olsa, aşağıda məlumat verəcəyik.

İran ərazisində İslam inqilabından sonra SSRİ-nin ən çox ehtimal olunan gələcək düşmənləri onun ərazisindən qovuldu. Onların hərbi infrastrukturu ələ keçirilib, müəyyən hissəsi dağdıldı. Həmin illərdə, dünya enerji bohranından sonra neftin sürətlə ucuzlaşması səbəbindən Sovet İttifaqı dərin maliyyə böhranı keçirirdi. Sovet Ordusunun Zaqafqaziya Hərbi Dairəsinin Azərbaycan SSR ərazisində yerləşən və İran İslam Reapublikasına yönəldilmiş ön cəbhə infrastrukturu sürətlə ixtisara salınıb sökülməyə başladı. Bunların içərisində bütöv hava hücumundan müdafiə diviziyası, tank, motoatıcı və artilleriya hissələri, hərbi aerodromlar və bu aerodromlarda yerləşdirilmiş müxtəlif aviasiya birləşmələri, radiotexniki kəşfiyyat birləşmələri, metroloji və instrumental laboratoriyalar ixtisara salındı. Buna baxmayaraq, bir neçə ordu tabelikli müəssisələr saxlanıldı ki, bunların içində ən böyüyü, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında yerləşən, cəbhə aviasiyasının (ordu və HHM qırıcıları, cəbhə bombardmançıları, kəşfiyyatçıları, nəqliyyat təyyarələri) təmir və bərpa müəssisəsini göstərmək olar. Qalan əsas müəssisələr Sovet İttifaqının yarım-hərbi məhsullar istehsal edən nazirliklərinin balansında olaraq, SSRİ Nazirlər Soveti sistemində fəaliyyət göstərirdi. Bunların içərisinə ən böyükləri Sovet təyyarələrinin kabinalarında və texniki qovşaqlarında iqlim rejiminə cavabdeh olan kondisioner sistemləri istehsal edən hərbi müəssisə "Klimat" Sənaye Birliyi, kosmik gəmilərdən və qitələrarası ballistik raketlərdən tutmuş, atıcı silahların nişangahlarında işlənən inteqral mikrosxemlər istehsal edən OZON Elmi Sənaye Birliyi, tərkibində bir neçə cihazqayırma müəssisəsini birləşdirən Bakı Kosmik Tədqiqatlar Elmi-Sənaye Birliyi, müxtəlif kimyəvi yanacaqlar və partlayıcı maddələr istehsal edən müəssisələr daxil idi. Azərbaycan ərazisində yerləşən hərbi müəssisələr böyük elmi və sənaye potensialına malik olsalar da, bitmiş siklli silah vahidləri istehsal etmirdi.

Sovet İttifaqı dağılandan sonra müəssisələr arasında kooperasiya əlaqələri kəsildiyindən, hərbi sahəyə ümumiyyətlə büdcə ayrılmadığından, işsiz qalmış kadrların müəssisələri tərk etməsi səbəblərindən bu müəssisələr deqradasiyaya uğradı. Bəzilərinin avadanlığı sökülərək metal qırıntısı kimi satıldı, bəzilərinin sexləri isidilib qurudulmadığından, avadanlığı paslanıb məhv oldu. Müəyyən obyektiv səbəblərdən Azərbaycan ərazisində yerləşən müəssisələr daha çox dağıntıya məruz qaldılar. Cənubi Qafqazda artıq özünü Rusiya ordusunun hərbi hissələri elan etmiş ordu birləşmələrinin əmlakını saxlamaqla, Azərbaycan ərazisindən çıxarılması qərarı qəbul olunmuşdu. Bu əmlakı ölkəmizin ərazisində saxlamaq istəməyən ordu zabitləri o dövrdəki Rusiya siyasi və ordu rəhbərliyinin havadarlığı ilə, sabotaj həyata keçirərək məhv etməyə, satmağa, sıradan çıxarmağa, imkan olan halda isə təyyarələr və dəmir yol nəqliyyatı ilə Rusiya ərazisinə daşımağa başladılar. Bunların işərisində ordu tabelikli müəssisələrin avadanlığı, xammalı və ehtiyat hissələri var idi.

O biri Cənubi Qafqaz dövlətləri ilə müqayisə etsək, görərik ki, Ermənistandan Rusiyanın yurisdiksiyasına keçmiş Sovet ordusu hissələri ümumiyyətlə çıxarılmadı. Yalnız yeni yaranmış hərbi-siyasi şəraitə uyğun olaraq ordusunun yerləşmə konfiqurasiyasını dəyişərək, Gümrü şəhəri yaxınlığında yerləşən bir hərbi bazaya yığaraq, təxminən bir diviziyanın ştat idarəetməsini qurdular. Artıq qalmış bütün ordu infrastrukturu, əmlakı, silahı və döyüş sursatları Ermənistan ordusuna təhvil verildi. Hərbi müəssisələrin çoxu Ermənistan hökumətinə təhvil verilsə də, onlar Rusiya rəhbərliyinin iradəsinə rəğmən Rusiya Hərbi sənayesi ilə kooperasiyanı saxladılar. Bu da həmin müəssisələri tam məhv olmaqdan qorudu. Əlbəttə, Rusiya Hərbi Sənaye kompleksi öz qabaqcıl tədqiqatlar proqramına bu müəssisələri buraxmasa da, onların məhsullarına nəhəng Rusiya hərbi-sənaye bazarında indi də ehtiyac var. Çünki hələ sovet dövründən qalmış külli miqdarda texnika istismar olunur. Onlara ehtiyyat hissələri tələb olunur. Müasir layihələndirilmiş texnikanın bütün qovşaqları yüksək texnologiyalar tələb etmir. Həmin texnikada da elektomexanik elementlər, yüksək gərginlikli cərəyanlar üçün qovşaqlar, rele qrupları istifadə olunur ki, onları hərbi-texnoloji sirrləri açmadan Ermənistanda sifariş etmək olar.

Gürcüstan ərazisindən Rusiya Ordusu hərbi hissələri yalnız 2000-ci illərdə çıxarıldı. Ona qədər ordu əmlakı və infrastrukturu tədricən Gürcüstan hökumətinə təhvil verilmişdi. Bu müəssisələr Saakaşvili hökuməti hakimiyyətə gələnə qədər, həmçinin Rusiya ordusunun maraqları üçün fəaliyyət göstərdiyindən, işçi-mühəndis və sənaye potensialını qoruyub saxlaya bilmişdi. Bu baxımdan, 2000-ci illərin əvvəlinə qədər Azərbaycanın hərbi sənayesi Cənubi Qafqaz dövlətləri arasında daha çox dağıntıya məruz qalmışdı.

1998 ci ildən sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkşafa başlayandan sonra, ölkə rəhbərliyi hərbi sənayenin bərpasına və inkşafına əsaslı diqqət yetirməyə başladı. 2005-ci ildə isə bu inkişafı daha da güclü koordinasiya altında sürətləndirmək üçün Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Müəssisələr sürətlə bərpa olunmağa başladı. Düzdür, Sovet dövründəki inteqral mikrosxemlərin, bəzi cihazların istehsalını bərpa etmək mümkün olmadı. Buna heç ehtiyac da yox idi. Çünki 60-cı illərin ortalarına qədər qərb ölkələri ilə bir səviyyədə olan sovet elektron sənayesinin element bazası, artıq həmin onilliyin sonunda geri qalmağa başladı. 70-ci illərin ortasında isə bu geridəqalma on illərcə çatılmaz oldu. İnteqral mikrosxemlər istehsal edən OZON müəssisəsi, hətta 80-ci illərdə də Sovet sənayesinin ən müasir sahələrindən biri olsa da, qərbin analoji sahələrindən təxminən 20 il geridə qalırdı. Əgər müəssisəni tam bərpa etmək mümkün olardısa da, artıq bu geridə qalma 40 ilə çatacaqdı. Həmin inteqral mikrosxemlərin istehsalı Cənub-Şərqi Asiyanın sürətlə inkşaf edən Honkonq, Malayziya, Sinqapur kimi ölkələrində də mənimsənilmişdi və ucuz qiymətə alınması üçün heç bir problem yoxdur. Problem bu element bazası əsasında yığılmış müasir cihazların layihələndirilib istehsal olunmasıdır. Bu tək bizim problemimiz yox, bütün keçmiş Sovet dövlətlərinin problemidir.

Lakin bu istehsal sahələri səmərəsiz qalmadı. Onların bazasında əvvəlllər Azərbaycanda istehsal olunmayan atıcı silahlar, döyüş ləvazimatları, artilleriya sistemləri, müxtəlif növ qumbaraatanlar istehsalı sahələri yaradıldı. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ən böyük nailiyyəti kimi onun əsas qrup döyüş sursatlarını istehsal etməsini qeyd etmək olar. Həm hərbi təlimlərdə, həm də döyüş əməliyyatlarında ən şox sərf olunan məhsul, əsas qrup döyüş sursatlarıdır. Hətta dünyanın ən inkşaf etmiş ordularında yüksək dəqiqlikli özü idarə olunan döyüş sursatlarının sərfiyyatı əsas qrup döyüş sursatları ilə müqayisədə çox cüzi faiz təşkil edir. Onların bahalığından, yalnız xüsusi əməliyyatlarda tətbiq edirlər. Döyüş əməliyyatlarının əsas ağırlığı adi silahların "çiynində" daşınır. Bir yığma tabor Taktiki Qrupu döyüş əməliyyatının bir sutkası ərzində bir neçə dəmiryol vaqonu miqdarında döyüş sursatı sərf edə bilər ki, bu da ümumi ordu səviyyəsində yüzlərlə vaqon edir. Bu həcmdə sursatı hətta ən yaxın, bizə qardaş münasibəti bəsləyən dövlətdən alıb gətirmək, maliyyə problemlərindən də əvvəl, nəqliyyat problemi yaradardı. Döyüş sursatının idxalı rejimində məzmunlu hərbi təlimlər keçirmək də mümkün deyil ki, bu da ordunun döyüş hazırlığını artırmağa imkan vermir. Bu səbəbdən Azərbaycan ordusunun öz döyüş hazırlığını günbəgün və metodik olaraq artırmaq üçün hər bir imkanı var.

Azərbaycan hərbi sənaye nazirliyi müxtəlif ölkələrdən alınmış lisenziyaların hesabına yüksək qorunma əmsallı zirehli avtomobillər, müxtəlif təlim və patrul təyyarələri, öz mühərriki hesabına uçaraq hədəfi axtarıb tapa bilən mərmilər (gəzən döyüş sursatı), kəşfiyyat və zərbə funksiyalı pilotsuz uçuş aparatları, zirehli transportyorlar üçün döyüş qüllələri, zirehlər, hərbi gəmilər də istehsal edir.

Bundan əlavə Sovet vaxtı istehsal olunan aviasiya iqlim avadanlıqları istehsalı, aviasiya hərbi sursatları istehsalı, müxtəlif uçuş-hücum vasitələri üçün naviqasiya-stabilizasiya cihazları istehsalı bərpa olunub. Azərbaycan hərbi sənayesinin qarşısında böyük vəzifələr durur. Bu vəzifələr ölkənin ümumi elmi sənaye potensilaının inkşafı ilə paralel həll olunmalıdır. Ölkə prezidentinin bu yaxınlardakı qərarına əsasən Müdafiə Sənayesi Nazirliyi ləğv edilərək, daha kompakt bir struktura - aksioner cəmiyyətinə çevrilib. Hesab edirik ki, dağıdılmış müəssisələrin bərpası mərhələsindən sonra, bu məqsədəuyğun addımdır. Dünyanın inkşaf etmiş dövlətləri tətbiqi sahəsindən və məqsədindən asılı olmayaraq sənayenin inkşafına şərait yaradır. Müəssisənin texniki və texnoloji səviyyəsindən asılı olaraq onlarda bu səviyyəyə uyğun gələn hərbi məhsulların istehsalı sahəsi yaradılır. Koordinasiyanı isə çox kompakt bir dövlət strukturu həyata keçirir. Belə sistem hərbi və mülki sahədə qabaqcıl texnologiyaların bir-birinə daha rahat sızmasına imkan yaradır ki, bu da hər iki sahənin səviyyəsini yüksəldir. Dövlətə böyük kapital yatırımları etmədən, xüsusi müəssisələr yaratmadan, ona lazım olan son məhsulu sifariş edib əldə etməyə imkan yaradı, hərbi məsulun ayrı-ayrı qovşaqlarının müxtəlif müəssisələrdə hazırlandığından, məxfiliyin təminatı bütöv məhsul istehsal edən boyük müəssisədəki məxfilikdən yüksək olur, sənaye müəssisələrinin iqtisadi dayanaqlığını və rentabelliyini artırır, ölkənin elmi və sənaye potensialının ümumi inkşaf üçün daha səmərəli istifadə olunmasını təmin edir.

Əlbəttə sənayedə sektoral islahatlar keçirilməsi tələb olunur ki, belə strukturun fəaliyyəti məsuldar olsun. Belə strukturun yaradılması məntiqinə uyğun olaraq, bu yaxın dövrdə belə islahatların davamını görəcəyik. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan hərbi sənayesi "aşağı startdan" başladığından, keçmiş onillikdə nəhəng inkşafına baxmayaraq, qarşısında böyük vəzifələr durur. Onlar - ordunun müxtəlif yerüstü nəqliyyat ehtiyaclarını ödəyə bilən vasitələr istehsal edən ikili texnologiyalı müəssisənin yaradılması, yüksək dəqiqlikli müxtəlif kalibrli döyüş sursatları istehsalı sahəsi, elektro-optik tuşlama və idarəetmə qurğularının istehsalı sahələridir. Bu sahələr inkşaf etdirilməzsə, düşmənlə müqayisədə ordunun yüksək döyüş qabiliyyətini saxlamaq üçün, müasir döyüş sursatlarının idxalına mütəmadi olaraq böyük vəsait sərf olunmalıdır.

(Ardı var...)
Hərbi ekspert Vüqar Miraslanov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Qafqaz   HSK  

Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (I Yazı)

2019/02/2d6b7-1550216666.jpg
Oxunub: 2643     11:25     15 Fevral 2019    