Qriqoryanın cinayət işidən detallar - Oğlu axtarışa verildi

2019/02/14036-1550145022.jpg
Oxunub: 657     15:43     14 Fevral 2019    
"Yerkrapah" təşkilatının sabiq rəhbəri, general Manvel Qriqoryan və onun arvadı Nazik Amiryan haqqında cinayət işinin ilkin araşdırması yekunlaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin yaydığı bəyanatda deyilir.

Manvel Qriqoryan qanunsuz silah-sursat saxlamaq, 101.232.917 dram həcmində əmlak mənimsəmə, 1.228.176.342 dram həcmində vergi ödənişindən yayınma, dövlət vəsaitlərindən 1.225.003.300 dram ələ keçirmə, 37.101.100 dram dəyərində isə əmlakın mənimsənilməsini təşkil etməkdə ittiham edilir.

Ermənistan Xüsusi İstintaq Komitəsində araşdırılan cinayət işinin ilkin araşdırma prosesində həyata keçirilən müxtəlif istintaq və digər məhkəmə araşdırma fəaliyyətləri nəticəsində keçmişdə məlum olan cinayətlərdən başqa hallar da müəyyən edilib. Məlum olub ki, Qriqoryan xüsusilə külli miqdarda vergi ödəmə hallarından yayınma, külli miqdarda vergi ödəmələrinin təşkili, dövlət vəsaitlərinin ələ keçirilməsi, xüsusilə külli miqdarda əmlak mənimsənilməsini təşkil etmə hallarında ittiham edilir. İttihama əsasən, Qriqoryan, arvadı, oğlu və digər şəxslərlə əvvəlcədən razılığa gələrək, qanunsuz yolla onlara aid 3 mənzildə, qanunsuz silah saxlama və daşıma hallarına yol veriblər.

O cümlədən 2018-ci ilin iyun ayının 16-sı və 19-da onun mənzillərində aparılan axtarış zamanı 14 adda silah və sursat aşkar edilərək götürülüb. Həmçinin bildirilir ki, "Yerkrapah" təşkilatının nəzdnindəki tikinti şirkətinə cavabdeh olan ailə üzvləri külli miqdarda dövlət əmlakını mənimsəyib.

2016-2018-ci illər ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən Manvel Qriqoryanın rəhbərlik etdiyi təşkilata müxtəlif sayda və miqdarda əmlak verilib, lakin bu əmlak ünvanına çatmadan mənimsənilib. Qriqoryanın və arvadının işğal altında olan Qarabağ ərazisində yerləşən mənzillərində aparılan axtarışlar zamanı da bir sıra mənimsənilən əmlak aşkarlanıb.

Mənimsənilmiş əmlakın bir hissəsi isə ailənin rəhbərlik etdiyi şirkətin ofislərində hərbçilərə aid çox sayda ərzaq məhsulları, 8 ədəd müxtəlif təyinatlı hərbi avtomobillər aşkar edilib. Armavir vilayətinin Aşaluys kəndindəki mənzilində isə 8 adda müxtəlif təyinatlı hərbi əmlak və dərman vasitələri, 1 ədəd avtomobil aşkarlanmışdı. Əsgərandakı Qriqoryanlar ailəsinə aid şirkətdə 7 milyon 76 min 980 dram dəyərində hərbi ərzaq məhsulları, Şuşa şəhərindəki mənzilində 832 min 500 dram dəyərində hərbi əmlak məhsulları aşkar edilərək götürülüb. Bir sözlə Manvel Qriqoryan, oğlu və arvadının dəstəyi ilə səlahiyyət mövqeyindən istifadə edərək 101.232.917 dram dəyərində hərbi əmlakı mənimsəyib.

Bundan başqa, Manvel Qriqoryan Ermənistanda vaxtı ilə tutduğu vəzifələr, şəxsi nüfuzundan və qohumluq əlaqəsindən istifadə edərək, bir sıra şirkətləri vergi ödəmələrindən yayındırmaqla 1.228.176.342 dram həcmində vergidən yayınmaya səbəb olub.

Əlavə olaraq məlumatda bildirilir ki, 2000-2008-ci illər ərzində Ermənistan Müdafiə nazirinin müavini olarkən, o, Üçmüədzin şəhər sakini P.Poğosyana aid yanacaqdoldurma məntəqəsini hədə-qorxu yolu ilə ələ keçirib.

Məlumata görə, Manvel Qriqoryanın oğlu Arman Qriqoyana qarşı axtarış elan edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   Cinayətkar  

Qriqoryanın cinayət işidən detallar - Oğlu axtarışa verildi

2019/02/14036-1550145022.jpg
Oxunub: 658     15:43     14 Fevral 2019    