Dövlətlərin meydana gəlməsindən əvvəl Azərbaycanda hərb işinin ilkin əlamətləri

2019/02/800px-1550135920.jpg
Oxunub: 3612     13:43     14 Fevral 2019    
Başqa xalqlarda olduğu kimi Azərbaycanda da qoşunların, müharibələrin, hərb işinin tarixi onun ərazisində dövlətin, təbəqəli cəmiyyətin meydana gəldiyi vaxtlardan başlanıb. Bu prosesin reallaşması min illərlə davam edən ictimai-tarixi inkişafın məntiqi nəticəsi kimi baş verib. Ən qədim dövrlərdən insanlar ictimai inkişafın daşıyıcısı olub və onlar cəmiyyətin təbəqələşməsinə qədər keçdiyi yolla dövlətin meydana gəlməsinə, onun atributlarından biri olan qoşunların formalaşmasına obyektiv zəmin yaradıblar. Yəni hərb tarixi öz başlanğıcını cəmiyyətin sinfi təbəqələşmə dövründən götürsə də onun kökləri çox-çox uzaqlara - insanların öz mövcudluğunu və varlığını qoruyub saxlamaq üçün təbiətlə mübarizə apardığı dövrlərə gedib çıxır. Çünki bu mübarizədə insanlar ən bəsit silahlar düzəldərək silahlanıb, müxtəlif qruplarda və dəstələrdə birləşməli olub, qarşılaşdıqları təhlükələrin aradan qaldırılmasında ilkin döyüş vərdişləri əldə ediblər.

Azərbaycanın yaşayış üçün əlverişli təbii-coğrafi şəraitə malik olması ən qədim zamanlardan burda insanların məskunlaşmasına imkan verib. Son onilliklərdə aparılan tədqiqatlar və arxeoloji qazıntılar də bu deyilənləri bariz şəkildə sübut edir. Həmin tədqiqatlar nəticəsində Azərbaycan ərazisində nəinki ən qədim insan izlərinə, həm də sadə silahların qalıqlarına rast gəlmək mümkündür. Məsələn, Azıx mağarasından neandertal tipli insana məxsus 350-400 min yaşı olan çənə sümüyü ilə bərabər, burada ilk kobud və ibtidai daş alətlər, çapacaqlar və digər əşyalar tapılıb. İlk kobud alət və silahların hazırlanması insanın əqli fəaliyyətini daha da genişləndirib və bu fəaliyyət genişləndikcə ilk alət və silahlar daha da təkmilləşib. Vəhşi heyvanların ovlanmasına başlanması həmin vaxta qədər əsasən yem bitkiləri yığmaqla ərzağa olan tələbatını ödəyən insanların silahlarının da keyfiyyətcə təkmilləşməsini zəruri edirdi. Vəhşi heyvanların ovlanması və onlardan qorunmaq üçün dəyənəkdən istifadə etməklə bərabər, daşları bir-birinə sürtmək yolu ilə hazırlanan silah və alətlər də qədim insanların həyatına geniş daxil olurdu. Belə silahların hazırlanması üçün çaxmaq daşından, dəvəgözü daşından daha çox istifadə olunurdu.

Azərbaycan ərazisində aşağı və orta paleolit dövrünə aid olan insan məskənlərinə - Aveydağ, Damcılı, Daşsalahlı, Tağlar, Qazma, Büzeyir və digər mağaralarda rast gəlinib. Yuxarı paleolit dövründə daş alətlər daha da təkmilləşib, mezolit dövründə isə kaman və oxun istifadəsinə başlanıb. Bu da ovçuluğun inkişafına zəmin yaradıb. Ox və kamandan istifadəyə başlanması və onun səmərəliliyinin artırılması isə öz növbəsində sözsüz ki, bu silahın daha da təkmilləşdirilməsi zərurətini ortaya atıb. Damcılı mağarasından, Qobustan yaşayış məskənlərindən tapılmış balaca ox ucluqları, daş qəlpələrdən düzəldilmiş ox ucluqları qədim insanların bu istiqamətdəki fəaliyyətlərinin ilk bəhrələridir.

Neolit və eneolit dövründə qədim insanların istifadə etdikləri silah və alətlər daha da yaxşılaşıb və bu də ictimai həyatın inkişafına təsir göstərib. Neolit dövründə insanlar ilk dəfə olaraq daşları cilalamağı öyrənib silahların və alətlərin kəsərliyini artırmağa nail olublar.

Kaman və oxun kəşf edilməsi isə ovçuluğu insanların daimi peşələrindən birinə çevirib. Elə həmin vaxtlardan da insanlar ilk dəfə metalla rastlaşıb və ondan öz məqsədləri, o cömlədən də silah istehsalı üçün istifadə etməyə başlayıblar. Naxçıvan ərazisində yerləşən Kültəpə yaşayış məntəqəsindən tapılan misdən düzəldilmiş kiçik əyri bıçaq, nizə ucu, qıyıq, bəzək əşyaları və s. ilk metal alətlərdən hesab olunur.

Tuncdan istifadəyə başlanması isə bu silahların daha da təkmilləşməsinə imkan yaratdı. Tuncdan düzəldilmiş əmək alətləri və primitiv silahlar ona qədər olan alət və silahlardan möhkəmliyi və keyfiyyəti ilə seçilirdi. Həmin dövrə aid olan Mingəçevir təpəliklərində arxeoloqlar böyük tunc qılınc, baltatəbərzinlər, xəncər, obsidan ox ucları tapıblar. Təsərrüfat həyatında əkinçiliyin və maldarlığın mühüm rolu artdıqca ictimai həyatda kişilərin rolu da genişlənirdi. Tuncdan hazırlanan möhkəm və keyfiyyətli əmək alətləri təsərrüfatın müxtəlif sahələrinin sürətli inkişafına zəmin yaradırdı. Yaşayış məskənləri arasında mübadilə genişlənir, qarşılıqlı əlaqələr güclənirdi. İctimai təsərrüfat inkişaf etdikcə məskənlər və tayfalar arsındakı əlaqələr bəzən ziddiyyətlərə çevrilir və bu də öz növbəsində yaşayış məskənlərinin sakinlərini digər tayfa üzvlərinin basqınlarından qorunmaq üçün yollar axtarmağa məcbur edirdi. Həmin məqsədlə insanlar müdafiə tikililərindən istifadə etməyə başladılar. Qədim insanlar öz məskənlərini adətən daha yaxşı müdafiə olunmaq imkanı verən hündürlüklərdə və ya digər coğrafi sahələrdə tikir, ətrafına müdafiə hasarları çəkirdilər. Ticarət yollarının kəsişməsində, tayfalar üçün strateji əhəmiyyətə malik olan məntəqələrdə qala şəhərlər salınırdı. Heç şübhəsiz ki, qədim insanlar xarici təhlükədən qorunmaq üçün təkcə müdafiə hasarları və qala şəhərdəri ilə kifayətlənmirdilər. Bu tikililər onların müdafiəsini yalnız müəyyən qədər asanlaşdırırdı. Qədim insanlar eyni zamanda güclü müdafiə silahları düzəltməyə çalışır və təhlükə yaranan vaxt müdafiə dəstələrində birləşirdilər. Qədim insanlar digər tayfaların hücumlarından təkcə öz yaşayış məskənlərini deyil, onların yaşayışı üçün zəruri olan heyvandarlığın, əkinçiliyin inkişaf etdirildiyi əraziləri də qoruyur və imkan yarandıqda öz ərazilərini genişləndirməyə səy göstərirdilər. Bu da tayfalar arasında toqquşmalara gətirib çıxarırdı. Lakin, bu toqquşmaları təbəqəli cəmiyyətdə olan müharibələrlə eyniləşdirmək olmaz. Çünki ibtidai icma dövründə nəsillər və qəbilələr arasında gedən silahlı toqquşmalar siyasi xarakter daşımırdı. O, qədim insanların yaşamaq uğrunda, yaxşı əkin sahələri, otlaqlar və s. üçün apardıqları mübarizənin bir formasıdır. Bu işdə tayfanın bütün üzvləri və qadınlar da iştirak edirdi. O vaxt nə silahlı insanların xüsusi təşkilatı (yəni qoşun), nə də müharibənin aparılması üçün xüsusi bir silah mövcud idi. Ona görə də ibtidai icma insanları arasında gedən silahlı toqquşmalar sözün əsil mənasında müharibə deyildi.

Xüsusi mülkiyyətin olmadığı ibtidai icma quruluşunda tayfaların, qəbilələrin özünə məxsus hərbi qrupları mövcud idi. Bu qurumlar əhalinin özü-özünə fəaliyyət göstərən hərbi təşkilatı idi. Yəni bu vaxt qəbilənin və tayfanın bütün üzvləri həm döyüşçü idi, həm də onlar ehtiyac yarananda hamılıqla kollektiv marağın müdafiəsində dayanırdılar.

İctimai təsərrüfat inkişaf etdikcə təxminən e.ə. III minilliyin sonu, ikinci minilliyin əvvəllərindən başlayaraq silahlı toqquşmalar insanların cığırdaşına çevrildi. Əmlak bərabərsizliyinin dərinləşməsi, xüsusi mülkiyyətçilik meyllərinin güclənməsi Azərbaycanda ilk dövlətlərin meydana gəldiyi ərazilərdə yaşayan qəbilə və tayfalar arasında da silahlı toqquşmalara, insanlarda hərb işinə bağlılığın artmasına səbəb olurdu. Bunu həmin ərazilərdən tapılan abidələrin izləri də sübut edir. İran ərazisindən tapılmış və tarixi e.ə. III minilliyin sonlarına aid olan heykəltaraşlıq nümunəsində öz dövrünün yəqin ki, ən müasir silahları ilə silahlanmış və döşməni ayağı altına salmış döyüşçü əks edilib. Həmin döyüşçünün ox-kamanı və kəmərinə keçirdiyi kiçik balta təsdiqləyir ki, bu silahlar həmin dövrdə ən çox işlədilən silahlar olub.

E.ə. III minilliyin sonlarından Cənubi Azərbaycanda və ona qonşu olan ərazilərdə silahlı toqquşmaların baş verməsi bu günə qədər gəlib çıxmış yazılı mənbələrdə də öz əksini tapıb. Belə ki, şumer mənbələrinin birində Akkad hökmdarı Naramsinin e.ə. kutilərin İkiçayarasında hökmranlıq etməsindən danışılır. Kutilərin başçısı Enridavazir akkad qoşunlarını 37 məğlub edərək İkiçayarasının cənub hissəsinə kimi gəlib çıxır və burada özünü dünyanın dörd ölkəsinin hökmdarı elan edir. Mənbələrdən məlumdur ki, kutilər bir neçə dəfə İkiçayarasına basqın etmiş və uzun zaman bu əraziləri öz nəzarətləri altında saxlaya bilib.

E.ə. III minilliyin sonlarından ilk və orta tunc dövrlərində hərbi toqquşmaların artması ilk tayfa ittifaqlarının yaranmasını şərtləndirirdi. Ardı-arası kəsilməyən toqquşmalar, kollektiv sərvətləri qorumaq, yeni və daha zəngin mənbələrin əldə edilməsi istəyi bir sıra tayfaların birləşməsinə gətirib çıxarırdı. Bu yolla tayfa birlikləri həm yaxşı müdafiə olunur, həm də öz yaşayışları üçün zəruri şərait yaradırdılar. Azərbaycan ərazisində yaşamış kuti, lullubi, huri və digər tayfa ittifaqları belə ittifaqlardan idi. Bu tayfa ittifaqlarını digər keyfiyyətləri ilə bərabər həm də kollektiv müdafiənin ilkin cücərtiləri saymaq olar.

Mövcud silahların təkmilləşdirilməsi, atların hərb işində istifadə olunması tayfaların müdafiə gücünü sözsüz ki, artırırdı. Yazılı mənbələrdə II minilliyin III rübündə Kiçik Asiyada atlardan cəng arabalarını hərəkətə gətirən vasitə kimi istifadə olunması haqqında məlumatlar var. Hərb işinə belə çevik və canlı qüvvənin cəlb olunması heç şübhəsiz ki, onun döyüş imkanlarına uyğun olan taktiki üsul və vasitələrin axtarılıb tapılmasını tələb edirdi. Çünki atın sürəti piyadalarla müqayisədə daha yüksək idi. Bu isə daha çevik manevr etməyə imkan verirdi.

E.ə. II minilliyin ikinci yarısı və I minilliyin əvvəllərində Azərbaycan ərazilərində də dəmir dövrünün başlanması buranın qəbilə və tayfalarının ictimai inkişafının yeni mərhələsinə yol açdı. Dəmirdən düzəldilmiş və daha keyfiyyətli olan alətlərin təsərrüfata tətbiq edilməsi əkinçiliyin, maldarlığın, sənətkarlığın inkişafı əmək məhsuldarlığını da artırırdı. Əmək məhsuldarlığının artması nəticəsində isə tayfa üzvlərinin istehlak etdiyindən artıq maddi nemətlər bolluğu yaranırdı. Artıq əmək məhsuldarlığı isə onların mənimsənilməsinə, insanların insanlar tərəfindən istismar edilməsinə obyektiv zəmin hazırlayırdı. Başqa tayfalarla baş verən silahlı toqquşmalar da bu və ya digər tayfaların çoxlu sərvət ələ keçirməsinə və istehlakdan əlavə çoxlu maddi sərvətlər toplanmasına imkan verirdi. Bu dövrdə təbəqələşmə ibtidai icma quruluşunun dağılmasını sürətləndirirdi.

E.ə. III minillikdə Azərbaycan ərazisində də ibtidai icma quruluşu dağılır, ilk sinifli cəmiyyətə keçid başlayırdı. Getdikcə köhnə sosial, mədəni, dini ənənələr öz əhəmiyyətini itirir, insanların ərazi prinsipləri üzrə birlişməsi güclənirdi. Şəxsi mülkiyyətçiliyin inkişafı ayrı-ayrı adamların varlanaraq cəmiyyətin digər üzvlərindən daha da fərqlənməsinə, onların arasında ziddiyyətlərin güclənməsinə səbəb olurdu. Sərvətə daha çox hərislik varlılara təkcə öz qəbilə üzvlərini deyil, digər qəbilələrdən gətirilmiş adamların onların xeyrinə işləməsinə sövq edirdi və hərbi toqquşmalar zamanı təkcə maddi sərvətlər yox, həm də digər tayfaların üzvləri əsir götürülərək qul kimi işlədilirdi. Genişlənməkdə olan mülkiyyətçilər təbəqəsinin hakim mövqelərinin qorunub saxlanması cəmiyyətin ibtidai icma quruluşundan fərqlənən yeni formasının meydana gəlməsini zəruriləşdirirdi. Zorakılıq vasitəsi, quldarların qullar üzərində ağalığının qorunub saxlanması vasitəsi kimi xarakterizə edilən dövlətin yaranması da yeni dövrün reallıqlarının məntiqi nəticəsi idi. Ancaq dövlət təkcə quldarların qullar üzərindəki ağalığını qorumurdu. O həm də yeni hakim silkin nəzarəti altında olan ərazilərin qorunmasını, müdafiə edilməsini öz üzərinə götürmüşdü. Yeni dövr, yeni cəmiyyət quruluşu hərb işində də köklü dəyişikliklər yaratmışdı. Yenicə meydana gələn dövlətlər zorakılıq və güc alətləri olmadan yaşaya bilməzdilər. Ona görə də dövlətin formalaşması onun güc aləti olan xüsusi qüvvəsinin, xüsusi silahlı dəstələrin yaradılması ilə üzvi əlaqədə idi.

(Ardı var...)
Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Hərb-Tarixi  

Dövlətlərin meydana gəlməsindən əvvəl Azərbaycanda hərb işinin ilkin əlamətləri

2019/02/800px-1550135920.jpg
Oxunub: 3613     13:43     14 Fevral 2019    