Yaponiya SZ texnologiyasını müdafiə sahəsinə tətbiq etməyə hazırlaşır

2019/02/4564-1549978305.jpg
Oxunub: 529     17:30     12 Fevral 2019    
Yaponiya Süni Zəkaya əsaslanan dronlarını yaratmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Yaponiya mediası yayıb.

Bildirilir ki, 2021-ci ildə Yaponiyanın Hava Qüvvələri, ABŞ istehsalı olan “Global Hawk” pilotsuz uçan aparatlarını silahlanmasına daxil edəcək və dronları idarə etmək üçün xüsusi birlik quracaq.

Qeyd olunub ki, Yaponiya qismən aşağı doğum və əhalinin azalmasını kompensasiya etmək üçün Süni Zəka kimi qabaqcıl texnologiyalardan istifadə etmək istəyir. Yaponiya hərbi kontekstlərdə Süni Zəkanı inkişaf etdirmək və yerləşdirmək üçün rəqabətdə digər qlobal güclərə qoşulmaqdadır. Tokio əsl Süni Zəka ekosisteminə nail olmaq üçün üç mərhələli bir plan ilə SZ texnologiyası strategiyasını hazırlayıb.

Əlavə edilib ki, robotlardakı müvəffəqiyyətlərə əsaslanaraq, Yaponiya hökuməti Süni Zəka ilə digər qabaqcıl texnologiyaları, məsələn, internetin, avtonom vasitələrin, kiber məkanın və fiziki məkanın qarışdırılması kimi birləşmələri nəzərdə tutur.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   SZ  

Yaponiya SZ texnologiyasını müdafiə sahəsinə tətbiq etməyə hazırlaşır

2019/02/4564-1549978305.jpg
Oxunub: 530     17:30     12 Fevral 2019    