“Əsgər öldürülüb, “qürurlu” hökumətimiz isə bu məlumatı gizlədib” – Şarmazanov

2019/02/600@0-1549973533.jpg
Oxunub: 389     16:11     12 Fevral 2019    
“Paşinyanın şişirdilmiş və möhtəşəm vədlərindən heç bir iz qalmayan hökumətin proqramı açıqlanıb”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Şarmazanov öz “Facebook” səhifəsində yazıb.

O, aşağıdakı fikirləri qeyd edib:

“Növbəti iş həftəsi yekunlaşdı və yeni iş həftəsinə doğru gedirik. Ötən həftə Nikol Paşinyanın əks rekordu ilə yadda qaldı. Özünüz mühakimə edin. Hökumət proqramının layihəsi ilə Paşinyanın şişirdilmiş və möhtəşəm vədləri arasında heç bir əlaqə yoxdur. Sıçrayış inkişafı yoxdur, iribuynuzlu mal-qara inqilabçı südvermə məhsuldarlığını təmin etmir, pensiyalar yüksəlmir və sehrli çubuq işləmir. Nazirliklərin sayı kəskin şəkildə azaldılaraq 12-yə çatdırılıb. Bu rəqəm 12 ay, 12 padşah, nəhayət, 12 apostol deyə simvolikdir. Tezliklə Nikolun hakimiyyətindən 12 ay sonra insanlar nə müsbət dəyişiklik hiss etdi, nə də “yürüşçülər” 12 padşaha çevrildi.

“Padşahlardan” biri növbəti parlaq düşüncə ilə ortaya çıxdı. Məlum olur ki, insanları məcburi yeni iş yeriləri tapsınlar deyə işdən azad edirlər. Başqa bir nazir də qeyd edir ki, 5% iqtisadi artım yaxşı bir göstəricidir. Əvvəlki “bobo” hakimiyyəti 9%-lik iqtisadi artıma nail olmuşdu. Bu şəkildə çalışmaq istəsəniz, istefa sıraları çox da uzaqda, dağların arxasında deyil.

Növbəti biabırçılıq bu həftə baş verdi, sabiq prezident Köçəryan həbsdə qaldı. Bu açıq-aydın siyasi təqibdir. Sonda ən təssüfedici hal baş verib. Məlum olur ki, əsgər öldürülüb, bizim “qürurlu” hökumət isə bu məlumatı ictimai şəkildə yaymayıb, gizlədib. Niyə? Qonşu Gürcüstanda deyilən kimi "Политика - это вам не лобио кушать!”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Paşinyan   Ölüm  

“Əsgər öldürülüb, “qürurlu” hökumətimiz isə bu məlumatı gizlədib” – Şarmazanov

2019/02/600@0-1549973533.jpg
Oxunub: 390     16:11     12 Fevral 2019    