Ermənistan ordusunun 3 hərbi qulluqçusu yaralanıb – Daha bir gizlədilmiş FAKT

2019/02/34534-1549973285.jpg
Oxunub: 1603     16:00     12 Fevral 2019    
Yeni il ərəfəsi 31 dekabrda Ermənistanın işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunmuş başqa bir hərbi hissəsində də sakitlik olmayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisənin nəticəsi olaraq yaralı əsgərlərdən biri hələ də hospitaldadır.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan məsələ ilə bağlı məlumat verilməməsini, MN-in artıq bir neçə ildir ki, hərbi qulluqçuların həyatına təhlükə olmadığı müddətcə açıqlama verməmək kimi seçdiyi siyasətlə əsaslandırıb.

Xatırladaq ki, dünən mətbuatda Ermənistan Müdafiə Nazirliyinin və İstintaq komitəsinin yanvar ayının 1-də ölən hərbi qulluqçu barədə məlumat verməməsi ilə bağlı məlumatlar yayılıb. Ermənistan İstintaq Komitəsindən erməni KİV-lərinə bildirilib ki, ötən il dekabrın 31-i saat 03:50 radələrində “N” saylı hərbi hissənin müdafiə ərazisinin döyüş mövqeyində hərbi sursatla davranış qaydalarının pozulması ilə qumbaranın partlaması nəticəsində müddətli hərbi xidmət hərbi qulluqçuları (əsgərlər) S.Torosyan, M.Manukyan və A.Marabyan partlayış qəlpələrindən allınmış bədən xəsarətlərilə hospitala yerləşdiriliblər.

Məlumata görə, yaralı əsgərlərdən biri hələ də hospitaldadır. Hadisə ilə bağlı Ermənistan ordusu 1-ci qarnizonunun istintaq şöbəsində hərbi sursatla davranış qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yaralı  

Ermənistan ordusunun 3 hərbi qulluqçusu yaralanıb – Daha bir gizlədilmiş FAKT

2019/02/34534-1549973285.jpg
Oxunub: 1604     16:00     12 Fevral 2019    