Rusiya və ABŞ-ın Əfqanıstan üzrə nümayəndələri görüşəcəklər

2019/02/12143-1549970593.jpg
Oxunub: 349     15:12     12 Fevral 2019    
Fevralın 22-də Türkiyənin paytaxtı Ankarada Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə görüş keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Zamir Kabulovun özü TASS-a bildirib.

Kabulovun sözlərinə görə, tərəflər Əfqanıstan üzrə Moskva məsləhətləşmələrinin növbəti mərhələsinə hazırlıqları müzakirə edəcəklər.

Rusiya prezidentinin nümayəndəsi Ankara səfəri zamanı Türkiyə diplomatları ilə də Əfqan məsələsi ilə əlaqədar məsləhətləşmələr edəcəyini sözlərinə əlavə edib.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ   Əfqanıstan  

Rusiya və ABŞ-ın Əfqanıstan üzrə nümayəndələri görüşəcəklər

2019/02/12143-1549970593.jpg
Oxunub: 350     15:12     12 Fevral 2019    