Erməni hərbi qulluqçu xidmət yoldaşı tərəfindən öldürülüb – DETALLAR

2019/02/10754-1549969236.jpg
Oxunub: 634     14:43     12 Fevral 2019    
Dünən Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində odlu silah yarasından ölən 34 yaşlı müddətdən artıq xidmət edən hərbi qulluqçu Mesrop Qriqoryanın ölüm işi üzrə yeni detallar üzə çıxıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat veriblər.

İlkin məlumata görə, müddətdən artıq xidmət edən başqa bir əsgər “A.K” şüurlu şəkildə baş leytenant Mesrop Qriqoryanı həyatına qəsd edib. O, özünə təhkim edilmiş pulemyotdan Qriqoryana atəş açıb və açılan atəş nəticəsində Qriqoryan aldığı güllə yaralarından saat 17:20 radələrində ölüb. Hadisə ilə bağlı 8-ci qarnizon istintaq şöbəsi tərəfindən araşdırma davam edir.

Daha əvvəl qeyd edildiyi kimi, ölən zabit Mesrop Qriqoryan uşaq evində böyüyüb, bir bacısı və bir qardaşı var. Erməni mətbuatına verdiyi müsahibədə Kotayk hərbi komissarının müavini polkovnik-leytenant Babken Kurğinyan bildirib ki, Qriqoryan üzün müddət erməni ordusunda qulluq edib, daha sonra xidmətinə son verib. 2018-ci ilin oktyabr ayında isə yeni müqavilə imzalayaraq, Ermənistan ordusunda qulluğunu davam etdirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Erməni hərbi qulluqçu xidmət yoldaşı tərəfindən öldürülüb – DETALLAR

2019/02/10754-1549969236.jpg
Oxunub: 635     14:43     12 Fevral 2019    