Gənc əsgər nişanlısı ilə andiçmədə - REPORTAJ (FOTOLAR+VİDEO)

2019/02/51703-4649903244.jpg
Oxunub: 2925     14:22     12 Fevral 2019    
“Mən onu məndən də əziz və müqəddəs olan bir ananı qorumaq üçün göndərmişəm. Buna görə də heç zaman narahat deyiləm. Oğlum anasına olan övladlıq borcunu ödəməlidir”.

Əsgər andı... Bir ömür boyu gedəcəyi həyat yollarında ən müqəddəs və məsuliyətli anddır “əsgər andı”. Çünki burada o, tək özünü yox, müqəddəs Vətən torpağını, Ana Vətəni qorumaq üçün and içir.

Ordu.az olaraq gənc əsgərlərin andiçmə mərasimində təsadüf etdiyimiz bir mənzərəni Sizə çatdırmağı özümüzə borc bildik.

Səbuhi İbrahimov 1999-cu il oktyabrın 21-də Bakı şəhərində anadan olub. O, çox gənc olmasına baxmayaraq, ətrafında öz yaradıcılığı ilə kifayət qədər tanınır. Əsgərlərin görüşünə əzizləri, doğmaları gəlmişdi - kiminin atası, kiminin hər iki valideynləri, kiminin ailə üzvlərilə yanaşı, bir neçə yaxın qohumları və s. Onun görüşünə isə anası, dostu, qardaşı ilə yanaşı nişanlısı da gəlmişdi. Görüş zamanı ən diqqət çəkən məqam isə əsgərin nişanlısının gəlişindən təmamilə xəbərsiz olması idi.

Artıq vətənə sədaqət andı içildi, əsgərlərimizin öz yaxınları ilə görüş məqamı yetişdi. Hər kəs öncədən tətbiq olunan qaydalar çərçivəsində əsgər övladını alaraq qısa müddətlik məzuniyyətə apardı. İnsanlar hərbi hissə rəhbərliyi tərəfindən öncədən ayrılan görüş yerinə yönəldilər.

Məkana girmədən ananın əsgər balasının gözlərini yumaraq aparması diqqətimizi çəkdi. Bunun əsgər üçün bir sürprizlə nəticələnəcəyini hiss etmişdim. Ara məsafəsi yaxın olan stollar arasından keçən ana və oğul divarın yanında qoyulan stola yaxınlaşdılar və ana nəhayət ki, əlini oğlunun gözlərindən götürdü. Əsgər əli ilə gözünü ovub qarşısındakı kiçik boşluğa nəzər yetirdi, bir az çaşqın halda sola baxdı. Qarşısında duran 2 oğlana görsə də, nədənsə onlarla görüşməyib yenidən ətrafına nəzər yetirdi. Sağ tərəfinə dönüb baxanda isə qarşısında duran qızın üzünə baxıb duruxdu. Elə bil yuxu görürmüş kimi bir neçə saniyə çaşqınlıq içərisində dayandı. Səbuhi deyir ki, qısamüddətli xidməti günlərində sevgilisi üçün daha çox darıxıb. Sevgilisinin andiçmə mərasiminə gəlməsi isə onun üçün əsl sürpriz olub.

“Cəmi 29 gündür ki, xidmətdəyəm. Mülkidə olduğum zamanlarda hərbi xidmət dövrlərini çox düşünmüşəm. Həmişə arzum hərbi geyim geymək və əsgər olmaq olub. İnanın hələ də inanmıram ki, mən arzuma çatmışam, əsgərəm. Amma bir məsələ var ki, bu qısa müdət ərzində mülki həyat heç ağlımdan çıxmırdı. Düzü danmağın yeri də yoxdur, ən çox da nişanlım üçün darıxmışdım”, - deyə o əlavə edib.

Əsgər görüşündə bir neçə dəqiqəlik ailənin qonağı olub, onlarla söhbət etdim. Bu zaman Səbuhi İbrahimov bildirdi ki, tədbir öncəsi əlaqə saxlayanda nişanlısına gəlməsini xahiş edib.

“And içmə böyük bir məsuliyyətdir. Elə bir məsuliyyət ki, bununla əsl Vətən övladları çiyinlərinə Vətən torpağının toxunulmazlığı yükünü alırlar. Mən istəyirdim ki, bu müqəddəs andiçmə günümdə nişanlım yanımda olsun. İlk olaraq mənə gəlməyəcəyini dedi, düzü, çox pis olmuşdum. Amma söz verdi ki, xidmətim ərzində gələcək. Bu gün gələcəyini bilmirdim, böyük sürpriz oldu. Anamın, nişanlımın mənim əlimi silaha qoyaraq and içməyimi uzaqdan da olsa görmələri mənim üzərimə çox böyük bir məsuliyyət qoyub”, - deyə Səbuhi İbrahimov bildirib.

Əsgər övladına nişanlı sürpirizi hədiyyə edən Rumiyyə İbrahimova deyir ki, indiyə kimi övladları ondan uzaq olmayıblar, lakin vətən borcunu vermək üçün o, övladını xidmətə yola salıb.

“Onlar heç zaman məndə ayrı qalmayıblar. Ona görə də ilk günlər çox darıxırdım, amma oğlum vətənə olan borcunu verməliydi. Ona görə də mən onu vətənə xidmətə göndərdim və heç də narahat deyiləm. Çünki o, çiyinlərinə məndən daha müqəddəs bir varlıq olan, Ana Vətəni qorumaq yükünü alıb. Bu gün də nişanlısını sürpriz olaraq ona görə gətirdim ki, o, Vətəni qorumaq məsuliyyətini daha dərindən dərk eləsin”, - deyə Səbuhinin anası söyləyib.

Ailəsi ona təkcə nişanlısını yox, həm də doğma gitarasını da gətirmişdi. Səbuhi İbrahimov ailəsilə birgə keçirdiyi bir neçə saatlıq görüşdə onlara ilk günlərin nigarançılığına son qoyduğunu, anasına və nişanlısına ürək sözlərini bildirib:

“Mən sizi çox sevirəm, amma Vətənimi daha çox sevirəm. Sizin burada olmağınız isə məndə bu Vətən sevgisini daha da gücləndirdi. Çünki, Vətənim olmasa, kimsəm olmaz. Ona görə də düşünürəm ki, məni düzgün anlayarsınız. Bu Vətəni qorumaq üçünsə sən, mən, onlar əl-ələ verməliyik”.

Əlinə gitarasını götürən Səbuhi İbrahimov sözünün sonunu ifası ilə sonlandırdı.

Canımızla bağlıyıq,
Bu torpağa bu elə,
Sıralanıb dağ kimi,
Gəlin verək əl-ələ

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Andiçmə   Vətən   Ana   Əsgər  

Gənc əsgər nişanlısı ilə andiçmədə - REPORTAJ (FOTOLAR+VİDEO)

2019/02/51703-4649903244.jpg
Oxunub: 2926     14:22     12 Fevral 2019    