Ordu.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin Nüvə Silahının Yayılmaması və Silahlara Nəzarət İdarəsinin direktoru Vladimir Yermakov “Sputnik”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-cü ilədək BMT Təhlükəsizlik Şurası İrana raket məhsullarının çatdırılmasına dair məhdudiyyətlər qoyub.
“Əlbəttə ki, Rusiya onlara əməl edir. Lakin BMT Təhlükəsizlik Şurasının sənədləri İranı kosmik vasitələr və ya ballistik raketləri müstəqil inkişaf etdirmək, istehsal etmək, sınaqdan keçirmək və buraxmaq üçün qadağalar tətbiq etmir”, - deyə Yermakov bildirib.
O əlavə edib ki, Rusiya Şimali Koreya ilə ballistik raket texnologiyasını heç vaxt paylaşmayıb.
İlkin Məmmədov
Ordu.az