Tovuzda Milli Qəhrəmanların xatirəsi yad edilib – FOTOLAR

2019/02/51666-15499601020.jpg
Oxunub: 1213     12:24     12 Fevral 2019    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə Tovuzda Milli Qəhrəmanlar Qasım Qara oğlu Rzayev və Naiq Nəsir oğlu Yusifovun məzarları ziyarət edilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinin icraçısı, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanların ailə üzvləri və məktəblilərin iştirakı ilə reallaşdırılan ziyarətdən sonra Naiq Yusifovun yaşadığı evin önündə xatirə barelyefinin açılışı olub.

Bildirilib ki, vətənə sevgi ailədən başlayır, məktəbdə təkmilləşdirilir və komissarlıqda istiqamətləndirilir. Hər bir Azərbaycan vətəndaşı vətənə olan borcunu üzərinə düşən vəzifələri layiqincə icra etməklə də qaytara bilər.

Çıxışlardan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən Milli Qəhrəmanların ailə üzvlərinə idarə tərəfindən təşəkkür elan edilib. Milli Qəhrəmanların valideynləri və qohumları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və regionlardakı aidiyyatı qurumların nümayəndələrinə minnətdarlıqlarını bildiriblər. Daha sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Məlumat üçün bildirək ki, Tovuz rayonu Qarabağ müharibəsi zamanı ümumilikdə yüzdən çox şəhid verib və iki Milli Qəhrəmanı var. Onlar Qasım Qara oğlu Rzayev (1970-1992) və Naiq Nəsir oğlu Yusifovdur (1970-1992).

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tovuz   Milli-Qəhrəmanlar   SHXÇDX  

Tovuzda Milli Qəhrəmanların xatirəsi yad edilib – FOTOLAR

2019/02/51666-15499601020.jpg
Oxunub: 1214     12:24     12 Fevral 2019    