“Əsgər ölümünün gizlədilməsi köhnə praktikanın davamıdır” - Sakunts

2019/02/recei-1549957774.jpg
Oxunub: 968     11:48     12 Fevral 2019    
“Hərbi qulluqçunun ölümü barədə məlumat verməmək köhnə praktikanın davamıdır”.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts erməni KİV-lərinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən Ermənistan silahlı qüvvələrində ötən il baş verən ölüm halları barədə yayımlanan hesabatda da qeyd olunduğu kimi, rəsmi orqanların bütün baş verən hadisələr barədə məlumat vermədiyi görünür və bu, məlumat verilməməsi yeni bir hal deyil. Onun fikrincə, hərbi xidmətlə bağlı bütün ölüm hadisələri barədə məlumat verilməlidir.

“Dövlət tərəfindən həyati təhlükəsizliyinin qorunması hərbi hadisə barədə obyektiv araşdırılma aparılması ilə yanaşı, məlumatlandırmanı da özündə əks etdirməlidir. Bu ictimai təyinatlı informasiyadır. Keçən illər ərzində mövcud olan yanaşma köklü şəkildə dəyişilməli və hər bir hadisə barədə məlumat verilməlidir”, - deyə o vurğulayıb.

Xatırladaq ki, daha öncə xəbər verdiyimiz kimi yeni il gecəsi Ermənistan MN-in müqaviləli hərbi qulluqçusu odlu silah yarası alaraq həlak olub. Lakin ölüm hadisəsi barədə Ermənistan Müdafiə Nazirliyi və istintaq komitəsi heç bir məlumat yaymayıb. Bununla bağlı Müdafiə Nazirliyinə verilən sorğuya cavab olaraq bildirilib ki, bu il yanvarın biri saat 04:00 radələrində Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin döyüş mövqelərindən birində xidmət edən müqaviləli hərbi qulluqçusu Edqar Eduardoviç Qriqoryan döş qəfəsi nahiyyəsində odlu silah yarası ilə aşkarlanıb. O, Meğri tibb mərkəzinə təxliyyə edilsə də, erməni əsgəri xilas etmək mümkün olmayıb və saat 08:10 radələrində tibb mərkəzində keçinib. Məsələ ilə bağlı “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi açıldığı bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

“Əsgər ölümünün gizlədilməsi köhnə praktikanın davamıdır” - Sakunts

2019/02/recei-1549957774.jpg
Oxunub: 969     11:48     12 Fevral 2019    