NI: Rusiyanın yeni ölümcül silahı – Robot təyyarə

2019/02/steal-1549271026.jpg
Oxunub: 2377     13:36     04 Fevral 2019    
Rusiya stels texnologiyasına sahib və qırıcı mühərriki ilə təmin edilmiş robot təyyarələr hazırlayır. Onlardan ön cəbhədə istifadə edilməsi planlaşdırılır.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi tədqiqatçı David Aks məlumat verib.

Sözügedən dron “Oxotnik-B”nin ilk şəkilləri ötən həftə Rusiya Aviasiyasının veb səhifələsində yayıldı. B-2 stels bombardmançılarına bənzəyən dronun adının mənası da rus dilindən tərcümədə “ovçu” deməkdir. “Oxotnik-B” Çinin “Tian Yinq” dronu, ABŞ HHQ-nin RQ-170 kəşfiyyat PUA-sı və ABŞ donanmasının X-47B UAV-ı ilə eynisiniflidir.

Rusiya aviasiyası sahəsində ekspert Tom Kuper qeyd edib ki, rus ordusu bir neçə dron layihəsi həyata keçirir və “Oxotnik-B”nin Rusiya HHQ silahlanmasına yaxında daxil olması istisna edilmir. Onun sözlərinə görə, bu dron hansısa bir inqilab deyil, indiyə qədər görülmüş işlərin bir qədər təkmilləşdirilmiş formasıdır.

“Oxotnik”dən əlavə, Rusiyanın dron proqramları portfoliosuna hazırda ABŞ ordusunun “Reaper”inə bənzəyən orta dayanıqlılığa malik “Forpost” dronu da daxildir. Kuper qeyd edib ki, Rusiya PUA-larının əsas problemi uçuş müddətinin az olmasıdır.

Qeyd edək ki, silahlanmaya daxil olarsa, bu dron Rusiyanın ən ağır və ən sürətli PUA-sı olacaq. Lakin 20 tonluq dronun hələ öz həllini gözləyən bir çox aerodinamik, elektronik və texnoloji problemləri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Robot-texnologiya  

NI: Rusiyanın yeni ölümcül silahı – Robot təyyarə

2019/02/steal-1549271026.jpg
Oxunub: 2378     13:36     04 Fevral 2019    

Bizi "telegram"da izləyin