Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada jurnalistlərlə görüşü zamanı bildirib.
"Mən dəfələrlə demişəm ki, Ermənistanı təmsil edə bilərəm, lakin Qarabağı yox. Ona görə ki, Qarabağ əhalisi məni seçməyib. Ona görə ki, onlar öz “prezident" və "parlament"lərini seçirlər. Bu səbəbdən Qarabağ adından danışıqlar apara bilmərəm", - deyə Paşinyan təxribatçı açıqlamalar verib.
O qeyd edib ki, vətəndaşları danışıqların bütün detalları maraqlandırır, ancaq bunların açıqlanması özü etik cəhətdən səhv hesab olunur.
İlham Əliyevlə danışıqlara gəldikdə isə Paşinyan bəyan edib ki, bu keçmişdə edilən bəyanatlar ətrafında keçirilib.
"Görüşdə sadəcə təmas olduğu üçün əsaslı nəticələr yoxdur. Nə Əliyev, nə də mən nəticə gözləmirdik. Əlbəttə, Qarabağ münaqişəsi haqqında danışırdıq", - deyə Paşinyan bildirib.
O qeyd edib ki, onlar münaqişə ilə bağlı özlərinin və hər iki xalqın gözləntiləri haqqında danışıblar.
İlham Əliyevlə rəsmi danışıqlarının müddəti barədə danışarkən Paşinyan qeyd edib ki, iki ölkənin Xarici İşlər nazirləri danışıqlar aparır, lakin indiyədək konkret nəticələr yoxdur.
Alpər Mövludoğlu
Ordu.az