Fransa və Yaponiya Çinə qarşı əməkdaşlığı gücləndirir

2019/01/d119b-1547290618.jpg
Oxunub: 352     21:56     12 Yanvar 2019    
Fransa və Yaponiya Çinin Şərqi və Cənubi Çin dənizindəki hərbi fəaliyyətinə qarşı hərbi əməkdaşlığı gücləndirəcəklərini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə iki ölkənin Xarici İşlər və Müdafiə nazirlərinin Fransanın Brest şəhərindəki görüşü zamanı qərara alınıb.

“Gərginliyi artıracaq birtərəfli fəaliyyəti kəskin şəkildə tənqid edirik. Fransa və Yaponiya bu barədə güclərini birləşdirəcək”, - deyə iki ölkə tərəfindən yayımlanmış birgə bəyanatda qeyd olunub.

Fransa eyni zamanda Koreya yarımadasına freqat və kəşfiyyat təyyarəsi göndərəcəyini açıqlayıb. Tərəflər KXDR və ABŞ-ın nüvəsizləşdirmə danışıqlarını müzakirə edib və Cibutidə birgə təlim keçirəcəklərini açıqlayıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Fransa və Yaponiya Çinə qarşı əməkdaşlığı gücləndirir

2019/01/d119b-1547290618.jpg
Oxunub: 353     21:56     12 Yanvar 2019    