3 addımda Əfqanıstanın yeni strategiyası

2019/01/rtr4j-1547289520.jpg
Oxunub: 760     20:54     12 Yanvar 2019    
ABŞ qoşunlarının Əfqanıstandan geri çəkilməsi ilə ölkənin öz milli təhlükəsizliyini təmin etməsi məsələsi gündəm mövzusuna çevrilib. Bəzi ekspertlər, ABŞ-ın hələ də Əfqanıstan hərbçilərinə təlimlər və məsləhətlər vasitəsilə dəstək verməli olduğunu düşünsə də, digərləri dövlətin öz suverenliyini qoruya biləcək təhlükəsizlik və polis qüvvələri formalaşdırmasının tərəfdarıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Maykl Ohanlon danışıb.

O qeyd edib ki, əsas diqqət Əfqanıstana xarici yardım edilməsi yox, TQ-nin dayanıqlı və bacarıqlı hala gətirilməsidir. Ohanlon bununla əlaqəli 3 əhəmiyyətli addımı qeyd edib:

1. Polis məntəqələrinin sayı azaldılmalı, lakin müdafiəsi gücləndirməlidir. Çox sayda təhlükəsizlik keçid məntəqəsinin olması onların müdafiəsini zəiflədir. Beləliklə bəzi bölgələrdə uzaqdan idarə edilə bilən nəzarət mexanizmləri istifadə etmək və məntəqələrin sayını azaltmaq daha məqsədəuyğundur.

2. Əfqanıstana tibbi evakuasiya helikopterlərinin satın almasında kömək edilməlidir. Beləliklə yaralanan hərbçilər ölümə tərk edilmək yerinə, müalicə edilərək daha uzun müddət xidmət göstərə bilər.

3. Əfqanıstan Parlamenti üzvlərinə kiçik hərbi büdcələr təqdim olunmalıdır. Bu büdcələrlə üzvlər özlərinə şəxsi təhlükəsizlik işçiləri kiralaya bilər və beləcə əfqan polisindən onları qorumasını tələb etməz.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   ABŞ   Taliban  

3 addımda Əfqanıstanın yeni strategiyası

2019/01/rtr4j-1547289520.jpg
Oxunub: 761     20:54     12 Yanvar 2019    