Nüvə silahlarına nəzarətin dağılması dünyanı təhlükəli bir yerə çevirəcək

2019/01/5089-1546519589.jpg
Oxunub: 1068     16:52     03 Yanvar 2019    
ABŞ ikinci nüvə müqaviləsindən geri çəkilə biləcəyini açıqlayarkən, Vladimir Putinin Rusiyası yeni nəsil nüvə silahlarını vəd edir.

Ordu.az xəbər verir ki, “The Guardian” iki super güc arasındakı nüvə münasibətlərinə dair məqalə dərc edib.

Bildirilir ki, ABŞ və Rusiya arasında təhlükədə olan ikinici bir müqavilə isə “New Start” müqaviləsidir. Bu müqavilə 2010-cu ildə Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanıb. Müqavilə strateji raketlərin atıcı qurğularının sayını yarıya qədər azaldıb.

Bu müqavilə 2021-ci ildə uzadılmadığı təqdirdə sona çatacaq. Tramp Putinlə telefon danışığı zamanı müqaviləni “pis razılaşma” adlandırıb.

Tarixi 1987-ci il müqaviləsindən sonra, nisbətən müasir sayıla bilən bu müqavilənin də qüvvədən düşməsi, beynəlxalq ictimaiyyəti dünyanın təhlükəsizliyi barədə düşünməyə vadar edir.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Nüvə-silahları  

Nüvə silahlarına nəzarətin dağılması dünyanı təhlükəli bir yerə çevirəcək

2019/01/5089-1546519589.jpg
Oxunub: 1069     16:52     03 Yanvar 2019    