Erməni hərbi ekspert: "Sərhəd Qoşunları öz silahlanması və gücü ilə ordu içində ordunu xatırladır"

2019/01/s4-1546516762.jpg
Oxunub: 4795     15:57     03 Yanvar 2019    
"Hər şey bu ilin yaz və ya yay aylarında hava şəraitinin imkan verdiyi məqamda Bakının Dağlıq Qarabağda geniş miqyaslı müharibəyə başlayacağına aparır".

Ordu.az xəbər veri ki, bu sözləri erməni hərbi ekspert Van Hambartsumyan mətbuata verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən ilin aprel ayından etibarən Quru Qoşunlarını Qarabağ cəbhəsində cəmləşdirir.

"Hər zaman, Azərbaycan Silahlı Qüvvələrinin özüyeriyən və qoşqulu artilleriyasını, yaylım atəşli reaktiv sistemlərini, piyadanın döyüş maşınlarını, zirehli texnikalardan başlamış tanklaradək cəbhə boyunca cəmlənməsi barədə məlumatlar daxil olurdu. Bu qoşunlar indiyədək mövqelərdən geri çəkilməyib. Yəni bu texnika hələ də cəbhədən daimi yerləşmə məntəqələrinə geri qaytarılmayıb", - deyə erməni ekspert narahatlığını gizlədə bilməyib.

O qeyd edib ki, son zamanlar yayılan məlumatlara görə Ermənistanın Tavuş vilayəti ilə sərhəd bölgəsindən Azərbaycan Silahlı Qüvvvələri briqadanı döyüş növbətçiliyindən çıxarıb və onun əvəzinə Sərhəd Qoşunlarını yerləşdirib. Ekspertin fikrincə, Azərbaycan briqadanı hücum qüvvələrini möhkəmlətmək üçün Qarabağ istiqamətinə yerləşdirib.

"Sərhəd Qoşunları öz silahlanması və gücü ilə ordu içində ordunu xatırladır", - deyə o bildirib.

Ekspert, Azərbaycan prezidentinin 2019-cu ilin Qarabağ münaqişəsinin nizamlanmasında dönüş ili olacağına dair bəyanatını xatırladaraq, eyni bəyanatla Xarici İşlər nazirinin də çıxış etdiyini vurğulayıb. Onun fikrincə, bütün bu açıqlamalardan 2019-cu ildə Qarabağ məsələsində kifayət qədər ciddi gərginliyin olacağını gözləmək olar.

Hambartsumyan əlavə edib ki, hücum edən tərəf üçün hətta yazda da relyefin müəyyən yerlərinin əlverişsiz olmasına və çətinlik törətməsinə görə qışda müharibənin başlama ehtimalı yoxdur.

O hesab edir ki, vəziyyətin gərginləşməsi yayın son aylarında başlayacaq.

"Qışda döyüşmək rahat deyil. Bütün texnika dizel yanacağı ilə işləyir. Yanacağı qış aylarında ən azı iki dəfə qızdırmaq lazımdır. Qışda kəşfiyyat diversiya yolu ilə kiçik gərginliklər, snayperlərin fəaliyyətinin fəallaşması və s. ola bilər", - deyə erməni hərbi ekspert qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Qarabağ   Müharibə  

Erməni hərbi ekspert: "Sərhəd Qoşunları öz silahlanması və gücü ilə ordu içində ordunu xatırladır"

2019/01/s4-1546516762.jpg
Oxunub: 4796     15:57     03 Yanvar 2019    