Paşinyan Qarabağdakı rəqiblərini susdurur

2018/12/recei-1544868447.jpg
Oxunub: 1881     17:05     15 Dekabr 2018    
Artıq bir neçə gündür ki, KİV-lər Qarabağdakı kadr dəyişiklikləri barədə yazır. Rəsmi mənbələr bunu inkar etməyə çalışsalar da, dünən yayılan informasiyalar bunu təsdiqləyib. Erməni mətbuatından yayılan xəbərlərə əsasən, Qarabağda gözlənilən kadr dəyişiklikləri bununla yekunlaşmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına müsahibəsində 1992-1995-ci illər ərzində Ermənistan MN-in Baş Qərargah rəisi, 1993-cü ildə Müdafiə naziri vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryants işğal altında olan Qarabağda aparılan kadr dəyişikliyini şərh edərkən bildirib.

Ter-Qriqoryantsın sözlərinə görə, xüsusilə münaqişə içərisində olan ölkənin hakimiyyəti indiyədək bir sıra sahələrdə kadr dəyişikliklərinə getmək barədə araşdırmalar həyata keçirib. Bununla o, kadr bazasını nəzərdən keçirir və uzun müzakirələrdən sonra qərar qəbul edir.

“Dəyişikliklər normal həyat əlamətləridir. Bu sahədə rotasiya qaydasında dəyişikliklər normaldır”, - deyə o bildirib.

Xatırladaq ki, ötən gün Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandiri general-leytenant Levon Mnatsakanyan tutduğu “vəzifə”dən azad edilərək, qondarma qurumun “fövqəladə hallar xidməti”nin direktoru təyin edilib. Onun əvəzinə isə hərbi birləşmənin qərargah rəisi vəzifəsindən azad edilən, Karen Abrahamyan təyin edilib. Eyni zamanda polkovnik Cəlal Harutyunyan hərbi hissə komandiri vəzifəsindən azad edilərək, Qarabağdakı hərbi birləşmənin qərargah rəisi təyin edilib.

Kadr dəyişikliyini bununla yekunlaşmayıb. Karen Sarkisyanı “fövqəladə hallar xidmət” rəisi vəzifəsindən azad edilib və bu vəzifəyə general-leytenant Levon Mnatsakanyan təyin edilib.

Bundan əlavə, Murad Petrosyan xüsusi tapşırıqlar üzrə qondarma qurum “rəhbəri”nin nümayəndəsi vəzifəsindən azad edilib. Digər bir qərara əsasən, Karen Sarkisyan qondarma qurum “rəhbəri”nin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Yayılan məlumatlara görə, yaxın günlərdə yeni dəyişikliklərin də şahidi ola bilərik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Paşinyan Qarabağdakı rəqiblərini susdurur

2018/12/recei-1544868447.jpg
Oxunub: 1882     17:05     15 Dekabr 2018    