ABŞ və C. Koreya hansı mövzuda razılığa gələ bilmədi?

2018/12/75675-1544866962.jpg
Oxunub: 1147     17:22     15 Dekabr 2018    
ABŞ və Cənubi Koreya ABŞ qoşunlarının Koreyada saxlanılması ilə bağlı xərcləri bölüşmək barədə razılığa gələ bilməyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə C. Koreya Müdafiə Nazirliyi rəsmiləri məlumat verib.

Ötən həftə ABŞ və Koreya rəsmiləri 2014-cü ildə hərbi xərclərin bölüşülməsi ilə bağlı gəldikləri razılığı yeniləmək üçün Seulda 3 günlük müzakirələr keçirib. Lakin, Donald Tramp Seul tərəfindən yarımadadakı 28500 ABŞ qoşununun müdafiə xərclərinə göstərilən dəstəyin artmasını tələb etdiyi üçün razılığa gəlmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda C. Koreya yarımadada fəaliyyət göstərən 8700 ABŞ əsgərinin maaşlarının 70%-ini qarşılayır və bu sahə üçün daha çox büdcə ayıra bilməyəcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Cənubi-Koreya  

ABŞ və C. Koreya hansı mövzuda razılığa gələ bilmədi?

2018/12/75675-1544866962.jpg
Oxunub: 1148     17:22     15 Dekabr 2018    