"Moskva Pentaqona Suriya strategiyasını dəyişdirməsi üçün təzyiq edir" - Şoyqu

2018/12/5c14c-1544865491.jpg
Oxunub: 1115     13:16     15 Dekabr 2018    
"Moskva Pentaqona Suriya strategiyasını dəyişdirməsi və 1987-ci il nüvə müqaviləsindən geri çəkilmə planını yenidən dəyərləndirməsi üçün təzyiq edir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Serqey Şoyqu bildirib.

“Suriyanın şərqindəki vəziyyət çox narahatedicidir. Vaşinqton uzun müharibədən yenicə qurtarmış regionda sülh və stabilliyi bərpa etmək üçün edə biləcəyindən çox azını edir”, - deyə o,Ceyms Mettisə yazdığı məktubunda bildirib.

O, qeyd edib ki, təkcə son aylarda 1500-dən çox mülki şəxsin həyatını itirməsi hələ də İŞİD-in müqavimət göstərdiyi anlamına gəlir.

Nüvə müqaviləsi ilə əlaqədar olaraq isə Şoyqu qeyd edib ki, Rusiya “açıq və mənalı dialoq” tərəfdarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Pentaqon   Suriya  

"Moskva Pentaqona Suriya strategiyasını dəyişdirməsi üçün təzyiq edir" - Şoyqu

2018/12/5c14c-1544865491.jpg
Oxunub: 1116     13:16     15 Dekabr 2018    