“Aramco” və “Rytheon” kiber təhlükəsizlik üzrə müştərək müəssisə yaradacaq

2018/12/bz16--1544865257.jpg
Oxunub: 1410     15:12     15 Dekabr 2018    
Səudiyyə Ərəbistanının nəhəng neft şirkəti “Aramco” və ABŞ-da yerləşən “Raytheon” şirkəti S. Ərəbistanında regiondakı kiber təhlükələri azaltmaq üçün kiber təhlükəsizlik xidmətləri üzrə müştərək müəssisə yaradacaqlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Aramco” şirkəti bəyanat yayımlayıb.

Bəyanata əsasən, yeni şirkət müdafiə xarakterli kiber təhlükəsizlik proqram təminatı və texniki vasitələri hazırlayacaq, həmçinin tədqiqat və təkmilləşdirmə işlərini həyata keçirəcək. O, “Aramco”nun, onun təchizatçıları və müştərilərinin kiber təhlükəsizliyini artıracaq.

Qeyd edək ki, “Cisco”nun 2018-ci il “Təhlükəsizlik Bacarıqlarının Əsası” tədqiqatına əsasən, Yaxın Şərq və Afrika şirkətlərinin 48 %-i kiber hücumlar nəticəsində 500 min dollardan çox zərər görüb. Bundan başqa, qlobal xam neft bazarının 12.9%-inə sahib olan “Aramco” 6 il əvvəl “Shamoon” virusu adlanan kiber hücumun qurbanı olub və nəticədə 30 min kompüterin məlumat sistemi məhv edilib. Buna görə də şirkətlər kiber təhlükəsizlik sahəsinə getdikcə daha çox investisiya edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aramco   Rytheon  

“Aramco” və “Rytheon” kiber təhlükəsizlik üzrə müştərək müəssisə yaradacaq

2018/12/bz16--1544865257.jpg
Oxunub: 1411     15:12     15 Dekabr 2018    