“Washington Post”: ABŞ nüvə silahlarının sayını artırır?

2018/11/UXRHJ-1543574049.jpg
Oxunub: 1524     17:54     30 Noyabr 2018    
Bu il ABŞ-da nüvə təkmilləşdirmə proqramlarında edilən təkliflərdən biri aşağı həcmli nüvə başlıqlarının inkişaf etdirilməsi olub.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, bu barədə 2018-ci il “Nüvə Duruşu İcmalı”nda məlumat verilib.

Məlumata görə, hökumət Rusiya və Çinlə başladığı güc savaşında terrorizmlə mübarizəyə davam edəcəksə, nüvə silahları dağıdıcı qüvvəsini itirməməlidir. Həm Rusiya, həm də Çin nüvə silahı təkmilləşdirmə proqramları ilə məşğul olaraq nüvə güclərini yeni nüvə başlıqları dizayn edilməsi üçün lazım olan bacarıqlarla təmin edib. Onlar, həmçinin milli təhlükəsizlik strategiyalarında nüvə silahlarının rolunu artırıblar və bu sahədə Amerikanın nüvə silahlarını azaltma siyasətinə qoşulmayıblar.

“Rusiya hərbi təlimlər zamanı müntəzəm olaraq nüvə hücumu ssenarilərini məşq edir. Ölkənin böyük və çoxçeşidli nüvə silahı arsenalı və ortamənzilli raketləri var. Rusiya nüvə bacarıqlarını ikiqat artırıb. Buna görə də ABŞ nüvə çatdırılma sistemlərini genişləndirməli, nüvə başlıqlarının həcmini azaldaraq onların effektivliyini artırmalıdır. Rusiyaya göstərməliyik ki, bu silahlardan istifadə etməsi ona baha başa gələ bilər”, - deyə hərbi ekspert Con Kil bildirib.

Aşağı həcmli nüvə başlıqları Milli Müdafiə Strategiyası Komissiyası tərəfindən də təklif edilib. “Bunlar yeni nüvə silahları deyil, mövcud olan nüvə başlıqlarını sualtı qayıqlarda istifadə edə bilmək üçün uyğunlaşdıracağıq”, - deyə Komissiya nümayəndələrindən biri məlumat verib.

Bəzi ekspertlər, bunu nüvə müharibəsinin başlanması olaraq dəyərləndirsə də, digərləri Rusiyaya qarşı balansın qorunması üçün ABŞ-ın nüvə silahlarını inkişaf etdirməsinin doğru olduğunu düşünür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Nüvə-silahı  

“Washington Post”: ABŞ nüvə silahlarının sayını artırır?

2018/11/UXRHJ-1543574049.jpg
Oxunub: 1525     17:54     30 Noyabr 2018    