Yaponiya qırıcıların yerli istehsalını edəcək, yoxsa satın alacaq?

2018/11/japan-1543573777.jpg
Oxunub: 1214     16:08     30 Noyabr 2018    
2016-cı il aprel ayının 22-də Naqoya hava limanında Yaponiyanın ilk qırıcısı “Mitsubishi X-2 Shinshin” xidmətə başladı. Üzərindən 2 il keçməsinə baxmayaraq, 50 sınaq uçuşundan yalnız 34-ünü uğurla tamamlayan “Shinshin”in erkən “təqaüdə çıxacağı” gözlənilir. Bundan sonra Tokyonu önəmli bir qərar gözləyir: Qırıcıların yerli istehsalını etmək, yoxsa xaricdən satın almaq?

Ordu.az xəbər verir ki, bu barədə “National Interest” nəşri məqalə yayımlayıb.

Məqalədə deyilir ki, Yaponiya ordusu ənənəvi ordudan daha çox Özünümüdafiə Qüvvələri adlandırıla bilər, çünki bu qoşunlar ada dövlətini hava və su hücumlarından qorumaq üçün qurulub. Bu isə Çinin böyüyən hava bazası, ortamənzilli raketləri və genişlənən filotiliyası sayəsində getdikcə çətinləşir. Çinin J-20 qırıcılarını işə salması ilə Yaponiyanın narahatlığı daha da artıb.

2018-ci ilin aprelində “Reuters” tərəfindən yayımlanmış hesabatda isə göstərilir ki, Tokio yerli qırıcı istehsalını bir qədər ertələyə bilər. Səbəb isə bunun çox baha başa gəlməsi olub. Yerli qırıcı istehsalı üçün tələb olunan ilkin investisiya 40 milyard dollara yaxındır, Yaponiyanın isə illik müdafiə büdcəsi 46 milyard dollardır.

Qeyd edək ki, Yaponiya artıq “BAE Systems”, “Boeing” və “Lockheed” şirkətlərinə birgə qırıcı təyyarələrin – hibrid “Raptor” və ya “F-35 Lightning II”nin yeni versiyası - istehsalı ilə bağlı istək göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   Qırıcı  

Yaponiya qırıcıların yerli istehsalını edəcək, yoxsa satın alacaq?

2018/11/japan-1543573777.jpg
Oxunub: 1215     16:08     30 Noyabr 2018    