Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsinin səbəbi açıqlanıb

2018/11/ziyaf-1543573680.jpg
Oxunub: 1674     14:26     30 Noyabr 2018    
“Azərbaycan BMT-nin sülhməramlı missiyasına qoşulub. Burada məqsəd Azərbaycan dövlətinin, Prezidentinin sülhsevər siyasətini ortaya qoymaqdır. İstəyirik ki, dünyanın bütün ölkələrində sülh, sabitlik və əmin-amanlıq olsun”.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Vitse-spiker qeyd edib ki, bu məsələdə Azərbaycan dövləti də, Prezidenti də maraqlıdır: “Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.

Qeyd edək ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Sudan   Sülhməramlı   Azərbaycan  

Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsinin səbəbi açıqlanıb

2018/11/ziyaf-1543573680.jpg
Oxunub: 1675     14:26     30 Noyabr 2018    