Azərbaycanda yeni medal təsis edilib

2018/11/45345-1543573534.jpg
Oxunub: 945     14:24     30 Noyabr 2018    
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib.

Ordu.az xəbər verir ki, qanuna edilən əlavə ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı təsis olunub.

Bu medalla 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata (istefaya) buraxılan zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunurlar.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycanda yeni medal təsis edilib

2018/11/45345-1543573534.jpg
Oxunub: 946     14:24     30 Noyabr 2018    