"Artıq KTMT-yə üzv ölkələr qərarlarını veriblər" - Erməni politoloq

2018/11/34543-1543323745.jpg
Oxunub: 930     17:00     27 Noyabr 2018    
"Fərq yoxdur iclasda Ararat Mirzoyan iştirak edəcək, yoxsa Nikol Paşinyan... Artıq KTMT-yə üzv ölkələr qərarlarını veriblər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın seçki təbliğatında iştirak etmək məqsədilə məzuniyyətə çıxması və Baş katib məsələsinin həll olunacağı dekabr 6-da keçirilməsi nəzərdə tutulan KTMT-nin sammitində iştirak etməyəcəyi barədə yanaşmaları şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər Paşinyan təbliğat kompaniyasında iştirak etməsəydi, təmsil etdiyi siyasi qüvvənin nüfuzüna xələl gətirə bilərdi.

"İrəvan merinin seçkilərində olduğu kimi, ittifaqın reytinqinin 90%-i Nikol Paşinyanın üzərinə düşür. Buna görə də inqilabın yekun mərhələsi olan bu seçki təbliğatında iştirak etməmək, komanda və tərəfdaşları üçün qəbuledilməz ola bilərdi.

KTMT-nin iclas günü təsadüfdən seçki kompaniyası ilə eyni vaxta düşüb. Məsələnin ikinci tərəfi var. Xüsusi bir fərq yoxdur iclasda baş nazirin müavini Ararat Mirzoyan iştirak edəcək, yoxsa Nikol Paşinyan.. Artıq KTMT-yə üzv ölkələr qərarlarını veriblər. Paşinyanın iclasda iştirak etməsi bu ölkələrin qərarına çətin ki, təsir edə bilər. Bu hardasa Nikol Paşinyana müdafiə amili ola bilər. Əgər KTMT-də qeyri-ermənipərəst qərar qəbul edilərsə, bu, Nikol Paşinyanın adına yazılmayacaq, yox əgər ermənilərin maraqlarına uyğun qərar qəbul edilərsə, o zaman Ermənistanın nailiyyətləri sırasına əlavə olunacaq", - deyə politoloq Keryan bildirib.

O əlavə olaraq qeyd edib ki, KTMT Baş katibi vəzifələrinin icrasını indiki icraçı Semerikov davam etdirəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Ermənistan   Paşinyan  

"Artıq KTMT-yə üzv ölkələr qərarlarını veriblər" - Erməni politoloq

2018/11/34543-1543323745.jpg
Oxunub: 931     17:00     27 Noyabr 2018    