NATO Ukrayna və Gürcüstanla nazirlik səviyyəsində görüş keçirəcək

2018/11/630_3-1543322990.jpg
Oxunub: 876     16:49     27 Noyabr 2018    
“NATO Qara dənizdəki vəziyyəti iki yaxın tərəfdaş - Ukrayna və Gürcüstanla müzakirə etmək niyyətindədir”.

Ordu.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Komissiyasının iclasından sonra brifinqdə bəyan edib.

O bildirib ki, nazirlik səviyyəsində müvafiq görüş gələn həftə keçiriləcək.

“NATO, Qara dəniz bölgəsində varlığını quruda artırıb, eyni zamanda Qara dəniz bölgəsi üzərində hava təhlükəsizliyini də təmin edir. Bizim üç sahilyanı üzv ölkəmiz var: Rumıniya, Türkiyə və Bolqarıstan. İki yaxın tərəfdaşımız da var: Ukrayna və Gürcüstan. Biz hazırda iki tərəfdaşla birgə işləyirik və gələn həftə də görüşəcəyik”, - deyə o çıxışnda deyib.

O, həmçinin görüşlə bağlı onu da deyib ki, görüşdə Qara dəniz regionunda təhlükəsizliyə aid məsələlər də müzakirə ediləcək.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Gürcüstan   NATO  

NATO Ukrayna və Gürcüstanla nazirlik səviyyəsində görüş keçirəcək

2018/11/630_3-1543322990.jpg
Oxunub: 877     16:49     27 Noyabr 2018    