Paşinyan KTMT-də yaranmış vəziyyət barədə: "Bu ciddi çağırışdır"

2018/11/46960-1543322755.jpg
Oxunub: 1041     16:45     27 Noyabr 2018    
"Biz Rusiya ilə həm KTMT, həm AİƏT, həm də ikitərəfli münasibətlərimizi yeni səviyyəyə qaldırmalıyıq".

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri vəzifəsini icra edən və "Mənim addımım" ittifaqının lideri Nikol Paşinyan Vanadzor Meydanında sakinlərlə görüşündə deyib.

O, çıxışında KTMT-də yaranan vəziyyətə də toxunub. Onun sözlərinə görə, KTMT-də aparılan qızğın müzakirələrin mahiyyəti üzv ölkələrin müttəfiqlik münasibətlərinin dəqiqləşdirilməsidir.

"Məsələn, təşkilatla Ermənistanın qarşılıqlı öhdəlikləri nədən ibarət olduğunu bilirsiniz? Niyə bizim müttəffiqlərin, bizə düşmən olan ölkəyə silah satması bizə bir o qədər də qəbul edilən və aydın deyildir. Bu ciddi çağırışdır, nə edəcəyimizi müəyyənləşdirmək üçün müttəfiqlərimizlə bu məsələni aydın şəkildə, dəqiq müzakirə etmək niyyətindəyik. Biz bilməliyik ki, kimə ümid etmək olar, kimə yox", - deyə Paşinyan bildirib.

Xatırladaq ki, KTMT-nin Baş katibinin seçilməsi məsələsində üzv ölkələr arasında ciddi ziddiyyətlər yaranıb.

KTMT-nin növbəti iclası dekabrın 6-da Sankt Peterburq şəhərində keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Paşinyan  

Paşinyan KTMT-də yaranmış vəziyyət barədə: "Bu ciddi çağırışdır"

2018/11/46960-1543322755.jpg
Oxunub: 1042     16:45     27 Noyabr 2018    