Ermənistan Müdafiə naziri yüksək rütbəli zabitləri qovdu - SİYAHI

2018/11/34534-1542452862.jpg
Oxunub: 2573     15:03     17 Noyabr 2018    
Ermənistan Müdafiə naziri Davit Tonoyanın əmrinə əsasən Ermənistan Silahlı Qüvvələrinə aid "Kamaz" markalı avtomobilin iştirakı ilə baş verən qəza ilə bağlı bəzi şəxslər vəzifələrindən azad edib.

Ordu.az erməni KİV-lərinə istinadən Tonoyanın əmri ilə hərbi xidmətdən azad edilənlərin siyahısını təqdim edir:

1. 1-ci tank bölüyünün tank taqımının komandiri baş leytenant Q.M
2. Ermənistan MN-nin "N" nömrəli hərbi hissəsinin avtomobil xidməti rəisi mayor M.A
3. Ermənistan MN-nin "N" nömrəli hərbi hissəsinin 4-cü zirehli tank taboru komandirinin silahlandırma üzrə müavini kapitan Ş.A
4. Ermənistan MN-nin "N" nömrəli hərbi hissəsinin 4-cü zirehli tank taborunun sabiq komandiri mayor S.B

"Tutduğu vəzifəyə tam uyğun olmaması" barədə xəbərdarlıq

1. "N" nömrəli hərbi hissənin tank bölüyünün tank taqımının komandiri baş leytenant S.T
2. "N" nömrəli hərbi hissənin avtomobil texnikasının və zirehli tank texnikası xidmətinin rəisi mayor Q.Ç

"Ciddi xəbərdarlıq" edilənlər

1. "N" nömrəli hərbi hissənin sabiq texniki hissə rəisi-komandirin silahlandırma üzrə müavini polkovnik-leytenant A.Ş
2. "N" nömrəli hərbi hissənin texniki hissə rəisi-komandirin silahlandırma üzrə müavini polkovnik-leytenant P.A

"Xəbərdarlıq" edilənlər

1. "N" nömrəli hərbi hissənin sabiq komandiri polkovnik Y.Q

"Xatırladaq ki, bu cəzalar hər hansı şəxsi cinayət məsuliyyətindən azad etmir".

Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz facebook səhifəsində yazıb.

Qeyd edək ki, 7 noyabr 2018-ci ildə Ermənistanın Sünik vilayətində "Kamaz" markalı hərbi avtomobilin qəzaya düşməsi nəticəsində 4 erməni hərbi qulluqçu ölüb. "Kamaz" markalı avtomobildə qəza anında 21 hərbi qulluqçu olub. Onlardan 19 hərbi qulluqçu həmin məqamda avtomobilin kuzovunda olublar. 17 yaralı hərbi qulluqçunun həyatına təhlükə yoxdur. Onlardan müxtəlif bədən xəsarətləri alan 8 nəfərin tibbi müayinə və müalicəsi davam edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Qəza  

Ermənistan Müdafiə naziri yüksək rütbəli zabitləri qovdu - SİYAHI

2018/11/34534-1542452862.jpg
Oxunub: 2574     15:03     17 Noyabr 2018    