Çin və Rusiya təhlükəsizlik sahəsi üzrə əməkdaşlıq edəcək

2018/11/56-1542450776.jpg
Oxunub: 300     14:31     17 Noyabr 2018    
Çin və Rusiya ikitərəfli əlaqələri möhkəmləndirmək üçün hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, cümə axşamı Çin və Rusiya rəsmiləri həmsədrlik etdikləri V Çin-Rusiya institusional əməkdaşlıq görüşündə bu barədə razılığa gəliblər.

Görüşdə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Quo Şenqkun və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak ediblər.

Quo qeyd edib ki, hüquq-mühafizə və təhlükəsizlik sahəsində əməkdaşlıq yeni Rusiya-Çin hərtərəfli strateji tərəfdaşlığının mühüm tərkib hissəsidir. Patruşev isə ikitərəfli əlaqələrin Rusiya-Çin münasibətləri tarixində ən yüksək səviyyədə olduğunu bildirib. Tərəflər, həmçinin beynəlxalq arenada baş verən hadisələr barədə müzakirələr aparıblar.

Sevinc Əliyeva
Ordu.az

Teqlər:

Çin və Rusiya təhlükəsizlik sahəsi üzrə əməkdaşlıq edəcək

2018/11/56-1542450776.jpg
Oxunub: 301     14:31     17 Noyabr 2018    