“National Interest”: F-22-lər ABŞ-ı xilas etməyəcək

2018/11/45645-1542440478.jpg
Oxunub: 480     16:39     17 Noyabr 2018    
ABŞ-ın F-22-lər üçün xərclədiyi zaman və pula, eyni zamanda istifadə edilən yüksək texnologiyalara baxmayaraq onlar ABŞ-ı xilas etməyəcək.

Ordu.az xəbər verir ki, bu ifadələr “National Interest” nəşrində yayımlanmış məqalədə yazılıb.

90-cı illərdə F-22-lərə rəqib olaraq təqdim edilən digər bir təyyarə YF-23, ilk dəfə “Northrop Grumman” tərəfindən F-15-ləri əvəzləmək üçün təşkil edilmiş ABŞ Hərbi Hava Qüvvələrinin qabaqcıl taktiki qırıcı təyyarə yarışmasına göndərilmişdi. Bu zaman nümayiş üçün ikimotorlu 2 təyyarə hazırlanmışdı. Təyyarələr 1990-1991-ci illərdəki nümayiş zamanı “Lockheed Martin” istehsalı YF-22-lərlə yanaşı uçmuşdu.

Yarışmanın nəticəsində 1991-ci ilin avqustunda ABŞ HHQ YF-22-ni qalib elan etdi və “Lockheed” onlara müəyyən yeniliklər edərək 2005-ci ildə F-22 adı ilə xidmətə verdi.

“Northrop” isə YF-23-ləri NATO-ya bağışladı və onlar nümayiş edilmək üçün muzeylərə göndərildi.

Hadisələr üzərindən 20 ildən artıq müddət keçsə də, hələ də bəzi ekspertlər YF-23-lərin daha yaxşı təyyarə olduğuna inanır. Hətta məşhur rəssamlardan Tayler Roqovey və Adam Burça YF-23-ün F-23-ə inkişaf etdirilsə idi, necə görünəcəyini və əməliyyat qabiliyyətlərini əks etdirən rəsm əsərləri hazırlayıb.

ABŞ HHQ polkovniki Uilyam Astor isə sözügedən rəsm əsərlərinin ətrafda gəzən şayiələrə uyğun olaraq tələbata cavab vermək üçün yaradıldığını qeyd edib: “Bu, rəssamların səhvi deyil, ümumiyyətlə Amerika mədəniyyətində, xüsusilə hərbi sahədə texnologiyanın əhəmiyyətinin qabardılması ilə bağlıdır. Biz düşünürük ki, texnologiya bizi xilas edəcək, əgər xilas etmirsə, deməli onu daha çox inkişaf etdirməliyik”.

“F-22 baha başa gəlsə də, çox effektivdir, indiyə qədər yüzlərlə, bəlkə də minlərlə döyüş tapşırıqlarını həyata keçirib. Lakin bu təyyarələr nə terrorizmi dayandıracaq, nə də Rusiya və Çinin hərbi qüdrətini artmasına əngəl olacaq. YF-23-ə gəldikdə isə, ola bilsin ki, ABŞ onları seçsə idi, indi daha güclü olardı, daha təhlükəsiz olardıq və bəlkə də, dünya daha yaxşı bir yer olardı. Ancaq onu bilməliyik ki, heç bir texnologiya, nə F-22, nə də YF-23 bizi xilas etməyəcək”, - deyə Astor bildirib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   F-22   YF-23  

“National Interest”: F-22-lər ABŞ-ı xilas etməyəcək

2018/11/45645-1542440478.jpg
Oxunub: 481     16:39     17 Noyabr 2018    