Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Strateji Komandanlığının komandanı Con Hayten səsləndirib.
Harvard Universitetinin tələbələri ilə bir araya gələn Hayten bildirib ki, ABŞ hipersəs texnologiyanın bəzi sahələrində Rusiya və Çinə öncüllük etsə də, onları izlədiyi sahələr də var.
“Düşünürəm ki, söhbət belə bir kritik texnologiyadan gedirsə, biz onun hərbi elementində irəlidə olmalıyıq. Bu texnologiyanın heç bir sahəsində geridə qala bilmərik, amma bəzilərində geridəyik”, - deyə o vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az