WE: Liberman niyə istefa verdi və Netanyahu bundan sonra nə edəcək?

2018/11/RTSFT-1542260655.jpg
Oxunub: 1289     09:38     15 Noyabr 2018    
İsrail Müdafiə naziri Aviqdor Libermanın istefası siyasi maraqlardan daha çox opportunist yanaşmanın məhsuludur? İstənilən halda, nəticə HƏMAS-ın bir qədər də cəsarətlənməsi və Netanyahunun daha zəif siyasi zəmində qalmasıdır.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, müəyyən mənada bu istefa Netanyahunun dörd günlük raket hücumlarına qarşı tutduğu mövqe ilə razılaşmayan birinin atması zəruri olan addım kimi qəbul edilə bilər.

Lakin bəzilərinə görə, Liberman Netanyahuya Misir vasitəçiliyi ilə əldə edilən atəşkəsin qəbuledilməz olduğunu söyləsə də, onun gerçək marağı siyasidir. Çünki, bu yaxınlara qədər Liberman Netanyahunun HƏMAS-a qarşı ehtiyatlı yanaşmasını dəstəkləyirdi.

Siyasi arenadakı başqa bir partiyanın rəhbəri Naftali Bennet uzun müddətdir ki, Libermanı HƏMAS-a qarşı daha geniş hərbi əməliyyatı dəstəkləməkdə uğursuz olmaqla ittiham edirdi. Buna görə də, Libermanın istefa qərarında özünə olan dəstəyi itirməkdən ehtiyat etməsi də önəmli rol oynamış ola bilər.

Lakin bu məsələlər arasında əsas başağrısını isə Netanyahu çəkə bilər. Baş nazir böyük ictimai dəstəyə sahib olduğu və erkən seçkilər elan edə biləcəyi gözlənsə də, ən yeni araşdırmalar bunun tam belə olmadığını deməyə əsas verir. Netanyahu üçün mövcud olan risk budur ki, o, HƏMAS-ın İsrailin cənub bölgələrinə qarşı hücumlarını davam etdirməyə imkan versə, öz etibarını sarsıda bilər.

Elə isə Netanyahu nə edəcək?

Böyük ehtimal ki, atılacaq ilk addımlardan biri Bennetin Müdafiə naziri kimi təyin edilməsi və bununla da HƏMAS-a istənilən bir hücumun böyük hərbi cavabla nəticələnə biləcəyi ismarıcını vermək olacaq.

Bununla yanaşı, HƏMAS-ı İsrail Hərbi Hava Qüvvələrinin gücü ilə tanış etmək də lazım ola bilər. Buna görə də, ola bilsin ki, qarşıdakı günlərdə qrup yenidən raket hücumları həyata keçirsə, İsrail HHQ HƏMAS-ın komanda və idarəetmə mərkəzlərini, lider fiqurlarını hədəf ala bilər.

Burada əsas məsələ odur ki, HƏMAS özünü təqdim etdiyindən çox daha zəifdir və azca güc göstərişilə dərhal öz qutusuna girəcək. Lakin yenə də, ilk olaraq Netanyahu öz hökuməti üzərində nəzarəti bərpa etməli və İsrail xalqının etibarını qazanmalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Liberman   Netanyahu  

WE: Liberman niyə istefa verdi və Netanyahu bundan sonra nə edəcək?

2018/11/RTSFT-1542260655.jpg
Oxunub: 1290     09:38     15 Noyabr 2018    