Ordu.az xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko bildirib.
“Mübahisələr müxtəlif qitələrdə yaşanır. Super güclər arasındakı gərginlik artmaqdadır. Buna görə də müdafiə silahlarına tələbat var”, - deyə o qeyd edib.
Qolovçenko bildirib ki, “Polonez” raket sistemi Belarus müdafiə sənayesi tərəfindən başa çatdırılan ilk raket sistemidir və Lukaşenko bu sahənin ölkə sənayesinin açar sahəsi olaraq gələcəkdə inkişafı üçün tapşırıq verib.
Bu ilin əvvəlində Azərbaycan Ermənistanın “İskəndər” raketlərinin Rusiyadan almasına cavab olaraq, “Polonez” raket sistemlərini əldə etmək üçün Belarusla müqavilə imzalayıb. Minsk həmçinin, 4 ədəd MiQ-29 döyüş təyarələrinin Serbiyaya satışı barədə də razılaşma əldə edib.
Bununla yanaşı Belarus Çin və Türkmənistan ilə birgə PUA-lar hazırlamaq üçün layihələr də bəyan edib.
İlkin Məmmədov
Ordu.az