Lukaşenko və Nazarbayev KTMT-də kimi görmək istəyir? - ANALİZ

2018/11/13566-1542183162.jpg
Oxunub: 1764     11:54     14 Noyabr 2018    
KTMT-nin hay-küylü Astana sammitindən sonra Minskə yola düşən Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşündə region ölkələrinə açıq mesaj ünvanladı: "Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir".

Aydındır ki, Belarus və Qazaxıstan istər KTMT, istərsə də AİƏ daxilində Ermənistanla birgə təmsil olunmaqdansa, güclü müttəfiq və etibarlı tərəfdaş Azərbaycanla çalışmaq arzusundadır.

Ermənistanın Xaçaturov üzərindən KTMT-nin fəaliyyətinə kölgə salması və üstəlik digər namizədinin təyin edilməsinə çalışması təşkilata üzv dövlətlər tərəfindən haqlı olaraq müsbət qarşılanmır. Moskva və Astana yaranmış vəziyyətdən çıxış yolu kimi Baş katib vəzifəsinin əlifba sırasına görə Belarusa ötürülməsinə tərəfdardır. Ermənistanın səlahiyyət müddətinin 2020-ci ildə başa çatmasına baxmayaraq, istənilən səpkidə İrəvan bu hüquqdan özü-özünü məhrum edib.

Azərbaycanı KTMT təşkilatı çərçivəsində görmək istəyən Nazarbayev isə ciddi fəallıq göstərir. İddialara görə, Belarus Azərbaycana təşkilatda status verilməsinə yardım etməli, əvəzində Qazaxıstan isə Baş katib vəzifəsinin Belarusa ötürülməsinə dəstək verməlidir.

Astanada qapalı görüşdən sonra Nazarbayev və Lukaşenkonun hətta bir-biri ilə söhbət zamanı da gərgin və əsəbi olduğu diqqətdən yayınmayıb. Hakimiyyətə küçədən yüksələn Paşinyanın təşkilatı nüfuzdan salması, həmçinin ardıcıl olaraq təşkilatda istədiyi şəxsi yenidən irəli sürməsi iki lideri əsəbləşdirməyə bilməzdi.

Təsadüfi deyil ki, Lukaşenko Minskdəki səfirimizlə görüşündə bildirib ki, Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına sədrlik etməklə yanaşı, KTMT-nin Baş katibi vəzifəsinə də rəhbərlik edir.

"Lakin Ermənistan keçid mərhələsindədir və bu ağır yükdür. Ermənistan bundan baş çıxara biləcək, ya yox. Bu suala Nikol Paşinyan dekabrın 6-da Sankt Peterburqda cavab verməlidir", - deyə o qeyd edib.

Eyni zamanda o, prezident İlham Əliyevlə əldə edilən razılaşmaların müqəddəs olduğunu da vurğulayıb: "Azərbaycan üçün bizim qapılar açıqdır. Siz başa düşməlisiniz ki, biz sizin dostlarınızıq və daima irəli getməyə hazırıq. İlham Əliyevlə bizim razılaşmalarımız müqəddəsdir. Belarusun Azərbaycanla qapalı olan mövzusu yoxdur".

Lukaşenko , həmçinin KTMT-nin Baş katibi vəzifəsinə 3 namizədin olduğunu da qeyd edib.Məlumdur ki, Astanada irəli sürülən əsas namizəd, Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zas Azərbaycanın hərbi-siyasi, xüsusilə silahlanma sahəsində rəhbərliyi ilə sıx əlaqədədir. Bu, həmçinin Belarusun Azərbaycana silah satışını da davam etdirəcəyini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Minsk   Bakı   Astana   KTMT  

Lukaşenko və Nazarbayev KTMT-də kimi görmək istəyir? - ANALİZ

2018/11/13566-1542183162.jpg
Oxunub: 1765     11:54     14 Noyabr 2018    