Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu döyüşlər nəticəsində tərəflərin mindən çox itki verdiyi bildirilir.
Gərginliyin bu səviyyədə böyüməsinin səbəbi noyabrın birindən etibarən Ərəb koalisiyasının Hudeydə istiqamətində edilən əməliyyatı yenidən başlatması olub.
Qeyd edək ki, uzun müddətdir ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin əsas giriş nöqtələrindən olan liman şəhəri Hudeydənin azad edilməsi istiqamətində əməliyyatlar keçirir.
Bir müddətlik fasilədən sonra yenidən başladılan əməliyyat çərçivəsində koalisiya qüvvələrinin artıq xeyli dərəcədə irəlilədiyi və yaşayış məskənlərinə yaxınlaşdığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az