Britaniya ordusu hərbi rotobların sınaq təlimlərinə başlayıb

2018/11/army_-1542116741.jpg
Oxunub: 387     20:15     13 Noyabr 2018    
Dünəndən etibarən Britaniya ordusu robotların ön cəbəhədə səmərəliliyini ölçmək məqsədilə onların sınaqlarına başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, öz növünə görə Britaniya hərb tarixində ən geniş miqyaslı eksperiment olacaq.

Təxminən 4 həftə davam edəcək sınaqlar zamanı Britaniya hərbçiləri 70-dən çox müxtəlif avtonom texnoloji avadanlıqları sınaqdan keçirəcək. Salisburi düzənliyində keçiriləcək sınaqların əsas məqsədi döyüş meydanında təhlükənin azaldılmasında robotlardan istifadənin üstünlüklərini yoxlamaqdır.

Sınaqlar zamanı hərbi texnikaların gerçək döyüş eksperimentlərindən və çətin təqlidi əməliyyat mühitlərindən keçiriləcəyi bildirilir.

“Avtonom Müharibə Eksperimenti” adı verilən bir aylıq sınaqlarda ən yeni pilotsuz hava və quru vasitələri nəzərdən keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Britaniya ordusu hərbi rotobların sınaq təlimlərinə başlayıb

2018/11/army_-1542116741.jpg
Oxunub: 388     20:15     13 Noyabr 2018    