DARPA hipersəs raketlər üçün yeni güc mexanizmi ilə bağlı proqram başladıb

2018/11/DARPA-1542116613.jpg
Oxunub: 318     21:40     13 Noyabr 2018    
Pentaqonun Müdafiə sahəsində Qabaqcıl Tədqiqat Layihələri İdarəsi (DARPA) hipersəs raketlər üçün qurudan atılan yeni güc mexanizmi ilə bağlı yeni proqram başladıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə DARPA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ Quru Qoşunları ilə birlikdə həyata keçirilən proqram çərçivəsində əməkdaşlıq ediləcək firmalar təyin edilib.

Belə ki, “Aerojet Rocketdyne”, “Exquadrum” və “Sierra Nevada” firmaları ilə yeni sistemin dizaynı və təkmilləşdirilməsi üzərində işləmək üçün kontraktlar imzalanıb.

Sistemə qoyulan əsas tələblər arasında onun missiyadan asılı olaraq müxtəlif mənzillərə müxtəlif növ döyüş başlıqları göndərə biləcək imkana sahib olaması var.

Üç mərhələdə həyata keçiriləcək proqramın 2022-ci ildə başa çatması və məhz bu ildə onun inteqrasiyası və sınaq atışlarının keçirilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: DARPA   Hipersəs-raketlər  

DARPA hipersəs raketlər üçün yeni güc mexanizmi ilə bağlı proqram başladıb

2018/11/DARPA-1542116613.jpg
Oxunub: 319     21:40     13 Noyabr 2018    